Icma.az
close
up
RU
Ünlü braziliyalı qapıçının tələbi Qalatasaray ı şoka saldı

Ünlü braziliyalı qapıçının tələbi Qalatasaray ı şoka saldı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

''Qalatasaray''da qapıçı axtarışları davam edir.
''Football-plus.az'' xəbər verir ki, ünlü uruqvaylı qapıçı Fernando Muslera mövsümün sonunda 14 illik ''Qalatasaray'' karyerasını tamamlayaraq vətəninə qayıdacaq. Türkiyə mətbuatında tez-tez müxtəlif qapıçıların adları ''Cim-Bom'' ilə yanaşı hallandırılır.
Ən son iddia Alisson Bekker ilə bağlıdı. İstanbul nəhənginin rəsmiləri ''Liverpul'' və Braziliya yığmasının qapıçısının meneceri ilə görüşərək onun mümkün transferini müzakirə ediblər. Amma danışıqlar prosesi demək olar, başlamadan yekunlaşıb. Belə ki, Alissonun meneceri Səudiyyə Ərəbistanından illik 30 milyon avroluq təklif aldıqlarını bildirərək ''sarı-qırmızılar''dan ən azı 25 milyon avro maaş tələb edib.
Bu cavab ''Qalatasaray'' rəsmilərini şoka salıb. Ona görə də tərəflər məsələni çox uzatmadan masadan qalxıblar. Özü də nəzərə alaq ki, Alissonun ''Liverpul'' ilə 2027-yə qədər müqaviləsi var. Yəni hələ mersisaydlılar da bu transfer üçün müəyyən təzminat tələb edəcəklər. Digər braziliyalı qapıçı - ''Mançester Siti''li Edersonda da durum bənzərdi. Onun da maaş tələbi ''od tutub yandığı üçün'' ''Qalatasaray'' ona yaxın düşə bilmədi. Bu gedişlə ''Cim-Bom'' deyəsən elə yerli qapıçı transfer edəcək. Əsas namizədlər ''Trabzonspor''lu Uğurcan Çakır ilə ''Eyüpspor''lu Berke Özərdi. Sonuncu ümumiyyətlə neçə vaxtdı, komandanın gündəmindədi.
Bir şey dəqiqdi ki, Günay Güvənç ən azı ikinci qapıçı kimi klubda qalmaqda davam edəcək. Bu əlcək sahibi bu mövsüm Musleranın oynamadığı matçlarda heç də pis təsir bağışlamayıb. Günay tək performansı ilə yox xarakteri, məsuliyyətdən çəkinməməsi və əcnəbi dil bildiyi üçün komandada körpü rolunu oynadığı üçün də rəhbərliyin rəğbətini qazanıb.
Yayda ona yeni maaş və müqavilə təklif olunacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Aprel 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri