UNOSSC direktoru: WUF13 də ASAN xidmət təcrübəsinə beynəlxalq maraq var
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 20 may, AZƏRTAC
Cənub-Cənub əməkdaşlığı üzrə Yüksək Səviyyəli Komitə inkişaf etməkdə olan ölkələrin qlobal gündəlikdə təmsil olunmasında mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qlobal Cənub QHT Platforması”nın mayın 20-də WUF-13-də “Urban Expo” çərçivəsində təşkil olunan tədbirində çıxış edən BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib deyib.
Dima Al-Khatib vurğulayıb ki, komitə inkişaf etməkdə olan ölkələrin maraqlarını əks etdirən əsas qlobal təşəbbüslərin təşviqində iştirak edir. O, ən az inkişaf etmiş ölkələr üçün Doha Fəaliyyət Proqramını, dənizə çıxışı olmayan ölkələr üçün Türkmənistanda qəbul edilmiş Avaza Proqramını, orta gəlirli ölkələr üçün Filippində qəbul edilən Makati Fəaliyyət Planını və kiçik ada dövlətləri üçün xüsusi qlobal gündəliyi nümunə göstərib.
UNOSSC direktoru qeyd edib ki, bu təşəbbüslər ölkələr üçün fəaliyyət planlarının hazırlanması, təcrübə mübadiləsi və ortaq əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətlidir. O, həmçinin inkişafın maliyyələşdirilməsi gündəliyinin və sosial inkişaf üzrə beynəlxalq təşəbbüslərin də Cənub ölkələri üçün mühüm platforma olduğunu diqqətə çatdırıb.
Çıxış zamanı Azərbaycanın ASAN xidmət modeli də xüsusi vurğulanıb. Dima Al-Khatib bildirib ki, ASAN xidmət dövlət xidmətlərinin təqdim edilməsində uğurlu model hesab olunur və bəzi ölkələr artıq bu təcrübə əsasında əməkdaşlıq edir.
Müxbir - Pərvanə Qafarova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 20 May 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















