Icma.az
close
up
RU
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii sənədli filminin təqdimatı olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası və "EMEDIA GROUP" Media Təşkilatının birgə təşkilatçılığı ilə milli teatr və kino tarixinin əfsanəsi, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şərəf” və “Şöhrət” ordenli, Bakı Bələdiyyə Teatrının yaradıcısı Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunmuş “Unuda Bilmirəm. Amaliya Pənahova” bədii sənədli filminin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil edilən mərasimdə rəsmi qonaqlar, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, tanınmış sənət adamları və digərləri iştirak ediblər.

Təqdimatda Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, xalq artistləri Nurəddin Mehdixanlı və Həmidə Ömərova, ekran əsərinin ideya müəllifi "EMEDIA GROUP" Media Təşkilatının sədri Elşən Əliyev, ssenari müəllifi Ülviyyə Heydərova, rejissor Şəlalə Hüseynova Amaliya Pənahovanın yaradıcılığını əhatə edən çıxışlar edib, sənətkar haqqında fikirlərini bildiriblər.

Filmin yaradıcı heyəti də təqdimatda çıxış edərək Amaliya Pənahova kimi geniş yaradıcılığa malik bir aktrisa haqqında film çəkməyin necə böyük məsuliyyət hissi olduğunu vurğulayıblar.

Daha sonra film nümayiş olunub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Televiziyasının Kinoproqramlar redaksiyasında istehsal olunan filmdə Xalq artistinin yaradıcılığını əhatə edən məqamlara, zəngin yaradıcılıq yoluna nəzər salınıb, aktrisanın səhnəyə gəlişindən ömrünün son günlərinə qədər olan fəaliyyəti - Bakı Bələdiyyə Teatrını yaratması, özünün quruluş verdiyi tamaşalar, rejissor kimi həyata keçirdiyi tədbirlər, ümumiyyətlə, mədəniyyət və ictimai xadim kimi gördüyü işlər əks olunub. Bundan başqa, filmdə Xalq yazıçısı Anar, Xalq artistləri Rasim Balayev, Hacı İsmayılov, Mərahim Fərzəlibəyov, akademik Rafael Hüseynov, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə sənətkarla bağlı xatirələrini bölüşüblər. Filmdəki bədii səhnələr aktrisanın sənətdə ilk addımlarını atdığı və yaradıcılığının 30 ilini həsr etdiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çəkilib.

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli ekran əsərinin ideya müəllifi Elşən Əliyev, layihə rəhbəri Elnur Məmmədov, ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru Şəlalə Hüseynova, təsvir rejissorları Elxan Novruzov, Bəhram Cəbrayılovdur. Filmdə Bakı Bələdiyyə Teatrının aktyorları Ülviyyə Rza və Toğrul Rza iştirak edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri