Icma.az
close
up
RU
“Unutmadıq, unutdurmayacağıq” SAKİNLƏR DANIŞDI

“Unutmadıq, unutdurmayacağıq” SAKİNLƏR DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində baş verən hadisələr təkcə ölkəmizin deyil, bütövlükdə bəşəriyyətin yaddaşına silinməz faciə kimi həkk olunub. Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində yüzlərlə dinc sakin - qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirilib. Rəsmi məlumatlara görə, 613 nəfər öldürülüb, 1275 nəfər əsir götürülüb, yüzlərlə insan ağır yaralanıb, ailələr tamamilə məhv edilib.

Xocalı hadisələri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, mülki əhaliyə qarşı zorakılıq və etnik təmizləmə siyasətinin bariz nümunəsi kimi qiymətləndirilir. Bu faciə Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında sağalmaz yara olaraq qalır. Hər il fevralın 26-da ölkə üzrə anım mərasimləri keçirilir, şəhidlərin xatirəsi ehtiramla yad olunur, abidələr ziyarət edilir.

Xocalı soyqırımı təkcə keçmişin faciəsi deyil, həm də gələcək nəsillərə ötürülən tarixi dərsdir. Bu hadisə insan hüquqlarının qorunmasının, müharibə cinayətlərinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin nə qədər vacib olduğunu bir daha göstərir. Azərbaycan dövləti və xalqı illərdir ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir.

SİA Xocalı soyqırımı abidəsini ziyarət edən sakinlər arasında sorğu edib.

Şəhər sakini Nisə Abdullayeva: “Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad edirik. Bu gün təkcə mənim deyil, bütün Azərbaycan xalqının ağrılı və acılı günüdür. Allah bir daha xalqımıza o ağır günləri yaşatmasın. Xocalı sakinlərinin dilindən eşitdiyimiz xatirələr həmin gecənin nə qədər dəhşətli və unudulmaz bir faciə olduğunu bir daha göstərir. Günahsız insanların üzləşdiyi vəhşilik hər birimizin qəlbində sağalmaz iz buraxıb. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin. Dövlətimizə qüvvət, xalqımıza birlik nəsib etsin”.

Şəhər sakini Eyyub Hüseynov: “Bu gün - 26 fevral Xocalı soyqırımının 34-cü ildönümüdür. Azərbaycan xalqı bu günü dərin hüzn, ehtiram və eyni zamanda qürur hissi ilə yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək onu yerlə-yeksan edib, yüzlərlə dinc sakini qətlə yetirib, çoxsaylı insanı əsir götürüb, ailələri məhv edib. Bu faciə qəddarlığı və miqyasına görə əsrin ən ağır humanitar cinayətlərindən biri kimi tarixə düşüb. Xocalı faciəsi xalqımızın qan yaddaşıdır. Bu hadisə heç vaxt unudulmayacaq, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla anılacaq.

2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinə ağır zərbə endirdi və qısa müddət ərzində ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Bu gün biz şəhidlərimizin qisasının alındığını qürurla deyə bilirik. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şəhər sakini Aynur Quliyeva: “Həyat yoldaşım Xocalı şəhididir. Uzun illər itkin düşmüşdü, 30 ildən sonra nəşi tapılaraq gətirildi və biz onu torpağa tapşırdıq. O, böyük qəhrəmanlıq göstərmişdi. Yoldaşım - Quliyev Elçin Balaxan oğlu - Xocalı faciəsində həyatını itirən qəhrəmanlardan biridir. İstərdim ki, onun qəhrəmanlığı dövlət tərəfindən medalla qiymətləndirilsin. Çünki bu qəhrəmanlar heç vaxt unudulmamalıdır. Bu həm mənim, həm də qızım üçün əziz bir yadigar olar. Bu gün buraya bütün şəhidlərimizi yad etməyə gəlmişəm. Arzum budur ki, gələcəkdə heç kim belə faciələr yaşamasın. Həmişə sülh və əmin-amanlıq olsun. Müharibəni heç kim yaşamamalıdır”.

Şəhər sakini Arif Əliyev: “Xocalı faciəsi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verdi. Həmin gecə ermənilər və onlarla əlbir olan 366-cı motoatıcı alayın hərbi birləşmələri Xocalıya hücum etdilər. Şəhər qan dənizinə çevrildi. İnsanlar ayaqyalın, xəstə, qadın, uşaq demədən güllələnirdi. Bu, tarixdə analoqu olmayan vəhşilik idi.
Xocalıda alovlar yüksəlir, insanlar yardım axtarırdı, lakin yollar bağlı olduğundan heç bir kömək çata bilmirdi. O gecə yaşananlar insan yaddaşından silinməyəcək bir faciədir. Bu gün isə şükürlər olsun ki, Xocalı işğaldan azad edilib. Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər azad olunmuş torpaqlarımızda geniş quruculuq işləri aparılır. Allah ordumuzu və vətənimizi qorusun. Şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Xocalı heç vaxt unudulmayacaq”.

Şəhər sakini Qulu Əsgərov: “Xocalı bizim qan yaddaşımızdır. Bu, əsrin ən böyük faciələrindən biridir. Bir gecənin içində bütöv bir şəhər sakinləri ilə birlikdə hücuma məruz qaldı, insanlar yatdıqları yerdə qətlə yetirildi. Bu vəhşilik insanın tüklərini ürpərdir. Həmin gecə insanlar qarın içində dağlara, çöllərə, meşələrə qaçırdı, çoxları soyuqdan həlak oldu. Onlara qarşı amansız davranılırdı. Bu gün isə çox şükür ki, Xocalı azaddır. İnsanlarımız öz torpaqlarına qayıdır, orada geniş quruculuq işləri görülür.

Xocalı faciəsi heç vaxt unudulmamalıdır. Gənclərimiz bu tarixi bilməli, belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq olmalıdır. Xocalı soyqırımı xalqımızın yaddaşında əbədi yaşayacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Fevral 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see261

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see243

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see224

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see220

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see204

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see203

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see199

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see195

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see195

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see194

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see183

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see177

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see175

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see170

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see160

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see158

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see153

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri