Ünvanlı sosial yardımla bağlı vacib məsələ: deputat açıqladı, çıxış yolu...
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Deputat Razi Nurullayev ünvanlı sosial yardımın verilməsi prosesində yaranan problemləri gündəmə gətirib. O bildirib ki, proses mürəkkəb və çətindir.
Maneləri necə aradan qaldırmaq olar?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, prosesin mürəkkəb olması əsasən sənədlərin çoxluğu, prosedurların anlaşılmazlığı və texniki çətinliklərlə bağlıdır:
“Bunun sadələşdirilməsi üçün ilk növbədə müraciət mexanizmi daha aydın və vətəndaş üçün başadüşülən olmalıdır. İnsan nə üçün, hara və necə müraciət etdiyini açıq şəkildə bilməlidir. Ən vacib addımlardan biri tələb olunan sənədlərin sayının azaldılmasıdır. Dövlət qurumlarında olan məlumatlar vətəndaşdan yenidən tələb edilməməlidir. Məlumat mübadiləsi qurumlar arasında avtomatik aparılsa, həm vaxt itkisi azalır, həm də vətəndaş əlavə xərclərdən qurtulur”.
Akif Nəsirli
İqtisadçı bildirib ki, bu yöndə elektron sistemlər daha sadə və stabil olmalıdır:
“Bir çox insan, xüsusilə yaşlılar və ucqar ərazilərdə yaşayanlar üçün onlayn müraciət çətindir. Bu səbəbdən sosial xidmət mərkəzlərində canlı dəstək gücləndirilməli, bələdiyyə və icra strukturları prosesə aktiv cəlb olunmalıdır. Şəffaflıq da mühüm məsələdir. Yardımın niyə verilmədiyi aydın izah olunmalı, imtina qərarından şikayət etmək mexanizmi asan və real işlək olmalıdır. İnsan öz durumunun obyektiv qiymətləndirildiyinə əmin olmalıdır. Eyni zamanda maarifləndirmə işi də gücləndirilməlidir. Bir çox vətəndaş yardım almaq hüququnun olduğunu bilmir və ya prosesdən çəkinir. Sadə dildə izah olunan məlumatlar, yerli səviyyədə izah və məsləhət xidmətləri maneələrin aradan qaldırılmasına kömək edə bilər”.
Qeyd edək ki, Azərbaycanda ünvanlı dövlət sosial yardımının məbləği (yəni aztəminatlı ailələrə verilən ünvanlı sosial yardım) ailənin orta aylıq gəliri ilə ehtiyac meyarı arasındakı fərqə əsasən hesablanır.
2026‑cı ildən etibarən ehtiyac meyarı (yəni hər ailə üzvü üçün hesablanan minimum həyat xərci göstəricisi) təxminən 300 manat səviyyəsində müəyyən edilib. Bu o deməkdir ki, hər ailə üzvü üçün aylıq ehtiyac meyarı 300 manat götürülür. Məsələn, 5 nəfərdən ibarət ailənin rəsmi gəliri aylıq 900 manat olarsa, 5 × 300 = 1500 manat ehtiyac meyarı hesablanır, 1500 manat – 900 manat = 600 manat ünvanlı sosial yardım kimi aylıq ödənə bilər.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 30 Yanvar 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















