Icma.az
close
up
RU
Ünvanlı yardım ünvanına necə çatır?

Ünvanlı yardım ünvanına necə çatır?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dövlətin bu dəstəyi sosial ədalətə xidmət edir

Ünvanlı sosial yardım proqramı ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə icra olunur. Yardımın təyin olunması prosesi ailələrin gəlir və xərclərinin detallı şəkildə araşdırılmasına əsaslanır ki, dövlət dəstəyi həqiqətən yardıma ehtiyacı olanlara yönəlsin.

Yardımın məbləği isə ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvünə müəyyən edilmiş ehtiyac meyarının məcmusu arasındakı fərq əsasında hesablanır. Hazırda ölkəmizdə ehtiyac meyarının həddi 285 manat məbləğindədir. Cari ilin əvvəlində təxminən 76 min aztəminatlı ailənin 335 minədək  üzvü ünvanlı  sosial yardım alıb. Statistikaya görə, bir nəfərə düşən orta aylıq ünvanlı  sosial yardımın məbləği 107,52 manat olub. Sosial yardım alan vətəndaşların sayına görə Lənkəran-Astara iqtisadi rayonları birinci yerdədir. Burada 55 min 651 nəfərə sosial yardım verilir. Paytaxtımızda isə ünvanlı sosial yardım alan vətəndaşların sayı 43 min 559 nəfərdir.

Bu sistem yalnız konkret normativ şərtlər daxilində fəaliyyət göstərir. Tələbin pozulması yardımın ləğvi ilə nəticələnə bilər. Belə yanaşma həm sosial ədalət prinsipinin qorunmasına, həm də dövlət büdcəsi vəsaitlərinin hədəfli və səmərəli istifadəsinə xidmət edir. Buna görə də yardımın hansı hallarda dayandırıldığını anlamaq vətəndaşların hüquqi maariflənməsi, həm də sosial siyasətin şəffaflığının təmin olunması baxımından əhəmiyyətlidir.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun departament rəhbəri Rasim Səfərov ünvanlı sosial yardımın təyini prosedurunun qanunvericilik çərçivəsində həyata keçirildiyini bildirdi:

– Ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün 81-100 faiz əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, ailə üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab olunması, azadlıqdan məhrum edilmə səbəbindən ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması ünvanlı  sosial yardım almaq hüququ yaradır. Sosial yardım müraciət edilən ayın ilk günündən başlayaraq bir il müddətinə təyin edilir.

Fondun Mərkəzi filialının direktoru  Nicat İsmayılov ünvanlı sosial yardım üçün elektron qaydada müraciət və baxılma prosesindən bəhs etdi:

– Vətəndaş ünvanlı yardım hüququnun olub-olmadığını müəyyən etmək üçün yaşadığı ərazi üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən ailə tərkibi haqqında arayış əldə edir. Daha sonra notarial qaydada təmsilçi seçilir və həmin təmsilçi elektron qaydada “Ünvanlı yardım” altsisteminə, yəni vahid elektron müraciət-təyinat alt sisteminə, qısa formada isə VEMTAS-a müraciət edir. VEMTAS vətəndaşın və ailə üzvlərinin məlumatlarını aidiyyəti dövlət qurumlarının məlumat bazaları ilə uzlaşdıraraq yoxlayır. Həmin qurumlardan elektron qaydada ailə üzvləri barədə məlumatlar toplanır və sistem vasitəsilə müraciətə baxılır. Əgər elektron sistem üzərindən hər hansı uyğunsuzluq aşkar olunmursa, növbəti mərhələyə – maddi-məişət şəraitinin yerində araşdırılması mərhələsinə keçilir. Məsələn, ailə tərkibi, təsərrüfatla bağlı məlumatlar və ya sistemin aşkar edə bilmədiyi digər detallar yerində yoxlanılır. Nəticədə, əgər hər hansı uyğunsuzluq aşkarlanmazsa, ailəyə yardım təyini barədə qərar çıxarılır. Uyğunsuzluq aşkar edilirsə, bu barədə vətəndaşın həm şəxsi kabinetinə, həm də SMS vasitəsilə məlumat göndərilir ki, həmin uyğunsuzluğu aradan qaldırıb yenidən müraciət edə bilsin. 

Qanunvericiliyə görə, ailənin adambaşına düşən kommunal xərcləri yaşayış minimumunun 15 faizindən aşağı olmalıdır. Bəzən yerində araşdırma zamanı bəyan olunmamış abonent kodları aşkarlanır. Məsələn, ailənin təsərrüfatında iri və ya xırdabuynuzlu heyvanlar var, amma bəyan edilməyib. Bunlar yalnız yerində müayinədən sonra müəyyən oluna bilər, sistem üzərindən aşkarlanması mümkün deyil. 

– Bəs hansı hallarda yardım ləğv olunur?

– İmtina səbəbləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” ilə tənzimlənir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, ailə müraciət zamanı tərkibi, əmlakı və gəliri barədə tam və düzgün məlumat təqdim etməlidir. Təyinatdan sonra isə gəlirlərində dəyişiklik baş verərsə, 15 iş günü ərzində məlumat verməlidir.  Rəsmi əmək müqaviləsi əsasında əməkhaqqı üzrə gəlirlərdə dəyişiklik baş verərsə, bu məlumat sistemdən avtomatik əldə olunur. Lakin ailə tərkibində dəyişiklik olarsa, məsələn, yeni ailə üzvü olarsa, bu barədə 15 iş günü ərzində məlumat verməlidirlər. Maddi-məişət şəraitinin monitorinqləri nəticəsində qeyd edilən hallar, o cümlədən əmlak barədə məlumatın gizlədildiyi aşkarlanarsa, yardım dayandırılır.

– Ucqar kəndlərdə yaşayan, elektron müraciət sistemindən istifadədə çətinlik çəkən vətəndaşlar sosial yardım almaq üçün necə müraciət edə bilərlər?

– Dövlət Sosial Müdafiə Fondu mütəmadi olaraq rayonlarda vətəndaş qəbulları təşkil edir. Demək olar ki, ay ərzində bir neçə dəfə keçirilən qəbuldan sonra təşkil olunan ictimai dinləmələrdə maarifləndirmə işləri aparılır. Bundan başqa, Bakı şəhərində və Qarabağ bölgəsində DOST mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə vətəndaşlara könüllülər tərəfindən elektron müraciət üçün kömək göstərilir. Fondun yerli şöbələrinə də yaxınlaşıb məsləhət ala və müraciət edə bilərlər. 70 yaşdan yuxarı  vətəndaşın heç kimi yoxdursa və qəbul günlərində gələ bilmirsə, əməkdaşlar onun ünvanına gedir, izah verir və yardımçı olurlar.

Qanunvericilik tələb edir ki, hər kəs məlumatlarını düzgün bəyan etsin. Əks halda, sistem bunu  aşkarlayır və yardım dayandırılır. Yəni bu, bir növ sosial müqavilədir: dövlət dəstək verir, vətəndaşdan isə şəffaflıq tələb olunur. Mexanizm işlədikdə, həm yardımı alan razı qalır, həm də ictimai ədalət prinsipi qorunur. 

Fidan ƏLİYEVA 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see285

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see275

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see268

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see266

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see256

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see256

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see253

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see248

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see248

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see242

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see229

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see228

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see228

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see223

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see221

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see220

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see217

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see216

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see210

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri