Uolts: ABŞ və müttəfiqlərimiz NATO ərazisinin hər qarışını müdafiə edəcək
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Vaşinqton Rusiyanı NATO ölkələrinə qarşı təxribatları dayandırmağa çağırıb.
APA xəbər verir ki, “Sky News” bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Uoltsa istinadən məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasının iclası zamanı o, ABŞ-ın lazım gələrsə, müttəfiqlərini müdafiə edəcəyini deyib.
"Mən ilk fürsətdən istifadə edərək bir daha təkrar etmək və vurğulamaq istəyirəm ki, ABŞ və müttəfiqlərimiz NATO ərazisinin hər qarışını müdafiə edəcəklər. Rusiya bu təhlükəli davranışı dərhal dayandırmalıdır", - o deyib.
Uolts həmçinin qeyd edib ki, Vaşinqtonun bu cür təxribatları dayandırmaq çağırışlarına baxmayaraq, Rusiya növbəti dəfə NATO üzvü olan dövlətin hava məkanını pozub.

NATO Alyans üzvlərinin ərazisinin hər qarışını müdafiə edəcək
10 Sentyabr 2025 19:15
Kansler söz verdi: Almaniya NATO ərazisinin hər qarışını müdafiə edəcək
22 May 2025 20:34
ABŞ NATO ərazisinin hər qarışını qoruyacağına söz verdi
13 Sentyabr 2025 17:20
“Putinə mesajım aydındır!” “NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”
10 Sentyabr 2025 16:10
Baş katib Putinə xəbərdarlıq edib: NATO ərazisinin hər qarışını qoruyacağıq
10 Sentyabr 2025 17:12

