Uqaldenin milli ilə bağlı yekun qərarı bilindi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Moskva "Spartak"ının hücumçusu Manfred Uqaldenin 19 yaşı olarkən baş məşqçi ilə yaşadığı insident səbəbindən formasını geyinməkdən imtina etdiyi Kosta-Rika millisi ilə bağlı yekun qərarı bəllidir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Teletica" yayıb.
Xəbərə görə, 22 yaşlı forvard yığmanın bütün oyunlarında iştirak etməkdə maraqlıdır. Mənbə Uqaldenin artıq milli barədə düşüncəsini dəyişdiyini və bir daha "uşaqlıq səhvi"ni təkrarlamaq niyyətində olmadığını vurğulayıb.
Cari mövsüm bütün turnirlərdə 25 matça çıxan Uqalde 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Spartak"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 25 Mart 2025 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















