Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Xarici işlər naziri Ceyhun Bayramov Uqanda Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı, Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub. Diplomatik münasibətlərin qurulduğu son 30 ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın Uqanda ilə, ümumilikdə Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, Uqanda ilə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialın səmərəli istifadəsinin vacibliyini diqqətə çatdırıb. Bu çərçivədə iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Uqandada “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzlərinin açılışı təqdir olunub.
Tərəflər investisiya imkanlarının təşviqi, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bu çərçivədə, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı fəaliyyət, o cümlədən Hərəkatın sədrlik institutu və “troyka” mexanizmi çərçivəsində əməkdaşlığın faydalı olduğu, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi vurğulanıb.
Azərbaycan tərəfindən beynəlxalq təqaüd proqramları çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələr üçün nəzərdə tutulmuş proqram çərçivəsində Uqanda tələbələrinin Azərbaycan ali təhsil müəssisələrində təhsil imkanlarından faydalandığı məmnunluqla qeyd olunub.
Regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov keçmiş münaqişə, post-münaqişə dövründə regionda mövcud vəziyyət, bərpa və quruculuq işləri, eləcə də sülh gündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri nəzərdən keçiriblər.
Eyni gündə, Azərbaycan və Uqanda Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Uqanda tərəfdən isə Xarici İşlər Nazirliyinin Beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryem rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 03 Aprel 2026 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















