Icma.az
close
up
RU
Uqanda iqlim maliyyələşdirilməsinin təkmilləşdirilməsinə və miqrasiya probleminin həllinə çağırır

Uqanda iqlim maliyyələşdirilməsinin təkmilləşdirilməsinə və miqrasiya probleminin həllinə çağırır

Icma.az, Report.az saytına istinadən bildirir.

Uqanda 2025-ci ildə milli səviyyədə müəyyən edilmiş töhfəni (NDC) yeniləmək öhdəliyini təsdiqləyib və iqlim təşəbbüslərinin həyata keçirilməsi üçün maliyyə və texniki dəstəyin artırılmasına çağırıb.

“Report” xəbər verir ki, bu barədə COP29 çərçivəsində keçirilən yüksək səviyyəli görüşdə Uqandanın su ehtiyatları və ətraf mühit naziri Beatris Enivar bildirib.

O, inkişaf etməkdə olan ölkələr üçün kifayət qədər iqlim maliyyəsi olmamasından narahatlığını ifadə edib və daha effektiv dəstək mexanizminin yaradılmasına çağırıb.

“Biz bu cür fondlara çıxışda tez-tez çətinliklərlə üzləşən həssas ölkələr üçün daha asan çıxışı təmin edəcək maliyyə yardımına bel bağlayırıq”, - Enivar deyib və iqlim maliyyələşdirilməsinin uğurlu fəaliyyətin açarı olduğunu vurğulayıb.

Bundan əlavə, o, Afrikada, xüsusilə qadınlar və uşaqlar arasında, artan iqlimlə bağlı miqrasiya problemindən narahatlığını ifadə edib və problemin regional həlli üçün Miqrasiya və İqlim Dəyişikliyi üzrə Kampala Nazirlər Bəyannaməsinin əsas kimi qəbul edilməsini təklif edib.

“Ümid edirik ki, COP29 İtki və Zərər Fondunun işini sürətləndirəcək və həssas icmaların bu vəsaitlərə çıxışını təmin edəcək”, - Enivar əlavə edib.

O, həmçinin Uqanda Prezidenti Yoveri Kaquta Museveninin salamlarını çatdırıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycanın bu COP-dakı sədrliyini təbrik etmək istəyirəm. Uqanda COP sədrinin heç kimin iqlim ambisiyaları və fəaliyyətləri məsələlərində kənarda durmamalı olmasına dair mövqeyini dəstəkləyir”.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Noyabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see239

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see226

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

Mbappe tarixə düşdü Peledən sonra ilk

14 Noyabr 2025 06:39see183

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see170

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see162

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see156

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see150

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see149

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see143

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri