Uqandada seçkiyə bir gün qalmış ara qarışdı internet kəsildi, hərbçilər küçələrə çıxdı
Icma.az, 525.az saytına istinadən bildirir.
Uqandada sabah keçiriləcək ümumi seçkilər öncəsi paytaxt Kampala da daxil olmaqla bir çox bölgədə internetə girişin məhdudlaşdırılması və əsgərlərin küçələrə çıxarılması ictimaiyyət və müxalifət partiyalarının sərt reaksiyasına səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Uqanda Rabitə Komissiyası (UCC) ölkədəki bütün internet provayderlərinə xidmətlərini dayandırmağı tapşırıb. Komissiya qərarın ictimai təhlükəsizlik səbəbi ilə verildiyini açıqlayıb.
UCC-nin bəyanatında məqsəd onlayn dezinformasiyanın, seçki pozuntularının və zorakılığın təhrikinin qarşısını almaq olduğu qeyd edilib.
Müxalifət partiyaları və insan haqları müdafiəçiləri internetin kəsilməsinin seçki prosesini izləyən fəalların və jurnalistlərin işinə ciddi əngəl törətdiyini vurğulayıblar.
Uqandada 2021-ci il seçkiləri zamanı da internetə çıxış ən azı bir həftə kəsilmişdi və seçki prosesindən sonra başlayan etirazlarda onlarla insan həyatını itirmişdi.
Ana müxalifətin lideri və Bobi Vine kimi tanınan Milli Birlik Platformasının (NUP) sədri Robert Kyagulanyi X hesabında internetin kəsilməsi ilə bağlı UCC-nin bəyanatını paylaşıb.
Kyaqulani tərəfdarlarını oflayn ünsiyyət proqramlarından istifadə etməyə çağırıb, eyni zamanda internetin dayandırılması qərarını verənləri “qorxaq” adlandırıb.
Seçkilər ərəfəsində ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Uqanda hökuməti yanvarın 10-dan etibarən qoşunların zirehli texnikanın müşayiəti ilə paytaxt Kampalanın müəyyən bölgələrinə yerləşdirildiyini açıqlayıb. Rəsmilər bu addımın potensial zorakılığın qarşısını almaq məqsədi daşıdığını iddia edib. Prezident Yoveri Museveni Yeni il müraciətində təhlükəsizlik qüvvələrinə “cinayətkar müxalifət” adlandırdığı izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyi tövsiyə etdiyini açıqlayıb.
1986-cı ildən hakimiyyətdə olan Milli Müqavimət Hərəkatının lideri Museveni seçkilərdə yeddinci müddətə seçilməyi hədəfləyir. 81 yaşlı Museveni 43 yaşlı Kyaqulanyi də daxil olmaqla 7 rəqiblə mübarizə aparacaq. Museveni hakimiyyətini qorumaq üçün illər ərzində konstitusiya dəyişiklikləri edərək, 2005-ci ildə müddət məhdudiyyətlərinin və 2017-ci ildə prezidentlik üçün yaş məhdudiyyətinin aradan qaldırılmasına yol açıb.
Təxminən 45 milyon əhalisi olan Uqandada 21,6 milyon qeydə alınmış seçici var. Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ) və müxtəlif beynəlxalq təşkilatlar Uqandadakı seçki prosesini yaxından izlədiklərini açıqlayıblar. Qiymətləndirmələr ifadə azadlığı, toplaşmaq hüququ və ədalətli seçki şəraiti ilə bağlı ciddi narahatlıqlara səbəb olub.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Yanvar 2026 04:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















