“Ural”ın futbolçusuna daha bir ağır ittiham
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Rusiyanın “Ural” futbol klubunun futbolçusu Daniil Sekaçın işi ilə bağlı yeni və dəhşətli detallar üzə çıxıb. Qadın qətlində ittiham olunan idmançıya qarşı indi də yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmə maddəsi ilə cinayət işi açılıb.
İdman.Biz Rusiya mediasına istinadən xəbər verir ki, hazırda cinayətin digər iştirakçılarının və təşkilatçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, Sekaç bir müddət əvvəl Moskvada 48 yaşlı qadını öldürməkdə şübhəli bilinərək saxlanılmışdı. Məhkəmənin qərarı ilə futbolçu barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib və o, istintaq təcridxanasına göndərilib.
Qeyd edək ki, Daniil Sekaç futbol təhsilini “Lokomotiv” akademiyasında alıb, daha sonra “Rostov”un gənclər komandasında çıxış edib. O, həmçinin “Strogino” məktəbinin və “Master-Saturn” akademiyasının yetirməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 17 Mart 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















