“Urban Breakfast”: Bolqarıstan WUF13 ə hazırlığı müzakirə edəcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Sofiya, 30 aprel, AZƏRTAC
Azərbaycandakı səfirliyinin dəstəyi ilə cümə axşamı günü Bolqarıstanda Beynəlxalq “Urban Breakfast” tədbiri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü sessiyasına hazırlıq məqsədilə ZOOM platformasında hibrid formatda baş tutacaq.
Yerli vaxtla saat 11:00-da başlayacaq konfransda Bolqarıstan akademik ictimaiyyətinin, Sofiya meriyasının və İzqrev rayonunun, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Təşkilatçılar arasında UN-Habitat, WUF13 Təşkilat Komitəsi, UNEC və Azərbaycan Memarlıq və İnşaat Universiteti var.
İştirakçılar davamlı şəhərsalmanın cari məsələlərini və beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Həm oflayn, həm də onlayn iştirakçılar tədbirə qoşula biləcəklər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 30 Aprel 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















