Icma.az
close
up
RU
Ürək dağlayan sirr açıldı: Bu ölkədə göyərçinlərin bir barmağı yoxdur

Ürək dağlayan sirr açıldı: Bu ölkədə göyərçinlərin bir barmağı yoxdur

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransanın şəhərlərində yaşayan göyərçinlərin çoxunun ayaqları yaralı, bəzilərinin isə barmaqları yoxdur. Paris, Lion, Marsel və Lill kimi şəhərlərdə demək olar ki, hər küçə başında belə göyərçinlərə rast gəlmək mümkündür. Artıq bu mənzərə Parisin simvollarından birinə çevrilib. Bu vəziyyət uzun illərdir müşahidə olunsa da, son illərdə aparılan araşdırmalar sayəsində səbəbi daha aydın görünməyə başlayıb.


Sherg.az xəbər verir ki, uzun müddət bu halın səbəbi kimi göyərçinlərin öz nəcisləri göstərilirdi. Nəcis çox yığıldıqda divarları və daş səthləri aşındırır, turşuluq dərəcəsinə görə zərər verirdi. Buna görə bəzi tədqiqatçılar hesab edirdi ki, eyni təsir quşların ayaqlarına da dəyə bilər. Lakin bu izah bütün halları açıqlamırdı.

2018-ci ildə Parisdə aparılan araşdırmada 46 fərqli ərazidə 1250 göyərçin müşahidə edilib. Nəticədə məlum oldu ki, göyərçinlərin təxminən 20 faizinin ən az bir barmağı yoxdur. Bu hal əsasən hava və səs-küy çirkliliyinin, həm də insan sıxlığının yüksək olduğu bölgələrdə daha çox qeydə alınırdı.

Mütəxəssislərə görə, bu hadisənin arxasında xəstəlik deyil, şəhərin tullantıları dayanır. Saç telləri, nazik ip parçaları, poşet sapları və tikiş qırıntıları - gündəlik həyatdan qalan bu kiçik tullantılar quşların ayaqlarına dolanır, qan dövranını kəsir. “İp barmaq sindromu” deyilən bu vəziyyətdə toxuma qaralır, infeksiya düşür və nəticədə barmaq qopur. Xüsusilə salonların, atelyelərin və tekstil mağazalarının çox olduğu yerlərdə bu cür yaralanmalar daha çox olur.


Təbii şəraitdə göyərçinlər qayalıqlarda və torpaq üzərində yaşadıqları üçün barmaqları yumşaq səthlə təmasda olurdu. Şəhərdə isə hər yer beton və asfaltla örtülüb - sərt və kəskin səthlər yaraların dərinləşməsinə səbəb olur. Egzoz qazları, toz və stres onların immunitetini zəiflədir, nəticədə bədənləri bu cür zədələrə qarşı müdafiəsiz qalır.

Təbiətsevər könüllülər tez-tez yaralı ayaqlı göyərçinlərə rast gəlir. Onlardan bəziləri quşları tutub ayaqlarına dolanmış ipi kəsərək azad edir. Bəzən bir neçə santimetrlik ip parçasını çıxarmaq bir canlının həyatını xilas edir. Amma bu, təkcə fərdi səylərlə həll edilə biləcək məsələ deyil. Əgər tullantıların idarə olunması və ekoloji mədəniyyət gücləndirilməsə, hər gün yeni quşlar eyni ağrını yaşayacaq.

Paris Bələdiyyəsi son illərdə göyərçinlərin çoxalmasını nəzarətdə saxlamaq üçün bəzi tədbirlər görüb – doğum nəzarəti üçün xüsusi yemlər, sığınacaqlar, bəsləmə qadağaları və s. Amma yaralı ayaqların qarşısını alan real addımlar hələ atılmayıb. Çünki bu, sadəcə heyvan problemi deyil, şəhər həyatının tullantı vərdişlərinin nəticəsidir.

Mütəxəssislər deyirlər ki, həll yolu böyük sistemlərdə deyil, kiçik davranışlarda gizlənir: bərbərlərin saçları açıq tullantıya atmaması, tikiş sexlərində ipliklərin ayrıca toplanması, vətəndaşların poşet və ip parçalarını küçələrə tullamaması. Həmçinin şəhər planlamasında quşlara və digər canlılara uyğun “heyvan dostu” bölgələrin yaradılması vacibdir.

Göyərçinlərin ayaqlarındakı yaralar əslində bir şəhərin aynasıdır. Şəhərin kirliliyi, laqeydliyi və ritmi o kiçik ayaqlarda cəmlənib. Biz fərqinə varmadan gəzsək də, onlar hər addımda bizim arxamızda buraxdığımız tullantıların iziylə yeriyirlər. Buna görə də, bir tükün, bir ipin belə məsuliyyət daşıdığını unutmamaq gərəkdir.


Turan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri