Ürək Gününə həsr olunmuş elmi seminar keçirildi FOTO
Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.
Sentyabrın 27-də Azərbaycan Kardiologiya Cəmiyyəti, UMDC və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ürək Gününə həsr olunmuş “Kardiologiya: Müasir Trendlər və Gələcək İstiqamətlər” adlı elmi seminar uğurla baş tutdu.

Medicina.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən mərkəzin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov tədbirin əhəmiyyətini və məqsədini vurğuladı. Ardınca, 27 sentyabr – Anım Günü münasibətilə, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir AKC sədri Ülvi Mirzoyev, UMDC sədri Valida Quliyevanın çıxışları ilə davam etdi. Onlar öz çıxışlarında kardiologiya sahəsindəki ən son yeniliklərdən, qarşıda duran elmi-praktik hədəflərdən danışdılar.

Seminarda kardiologiyanın aktual problemləri, innovativ yanaşmalar və praktik təcrübələr mövzusunda tanınmış mütəxəssislər tərəfindən təqdimatlar edildi. Tədbir iştirakçılara həm nəzəri biliklərini zənginləşdirmək, həm də peşəkar inkişaf baxımından yeni imkanlar əldə etmək imkanı yaratdı.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















