Icma.az
close
up
RU
Ürək xəstələrinə şad xəbər dərmanları sığorta ilə qarşılanacaq

Ürək xəstələrinə şad xəbər dərmanları sığorta ilə qarşılanacaq

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bu il ambulator dərman təminatı üçün icbari tibbi sığortaya 40 milyon manat vəsaitin ayrılması məzərdə tutulub”.

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə icbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək. Dəyişiklik bir neçə əsas tibbi sahəni əhatə edəcək:

“Bunlardan birincisi travmatologiya sahəsidir. Tibbi göstəriş olduqda, revizion protezləmə, yəni ilkin protezin yenisi ilə əvəz olunmasının icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulur.

Bununla yanaşı, neyrocərrahiyyə sahəsində mərkəzi və periferik sinir sisteminə dair diaqnostik və cərrahi müdaxilələrin, oftalmologiya sahəsində görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir və effektiv xidmətlərin, kardiologiya sahəsində invaziv kardiologiya və kardiocərrahiyyə üzrə minimal invaziv və yüksək texnoloji tibbi xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur”.

Sədr 2026-cı ildə resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə də yenilikləri açıqlayıb. O bildirib ki, Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir:

“Bu səbəbdən ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur. İlkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edir və müxtəlif doza və kombinasiyalar üzrə təqdim ediləcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri