Ürək xəstəliyi riskini ikiqat artıran vərdiş AÇIQLANDI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Nizamsız yuxu saatları ciddi ürək-damar xəstəlikləri riskini iki dəfə artıra bilər. Bu nəticəyə Finlandiyanın Oulu Universitetinin alimləri gəliblər.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "BMC Cardiovascular Disorders" jurnalında dərc olunub.
Araşdırmada Finlandiyada doğulmuş 3 231 nəfər iştirak edib. İştirakçıların orta yaşı 46 olub. Onlar bir həftə ərzində yuxu rejimini və yataqda keçirdikləri vaxtı qeydə alan akselerometrlərdən istifadə ediblər. Bundan sonra alimlər onların sağlamlıq vəziyyətini 10 ildən çox müddətdə tibbi registrlər vasitəsilə izləyiblər.
Nəticələr göstərib ki, müxtəlif vaxtlarda yatan və eyni zamanda gündə səkkiz saatdan az yatan insanlarda ciddi ürək-damar xəstəliklərinin riski iki dəfə artır. Bu xəstəliklərə infarkt və insult daxildir.
Alimlər vurğulayırlar ki, yuxu rejimi gündəlik həyat ritmini əks etdirir və onun sabitliyi ürək sağlamlığının qorunmasında mühüm rol oynaya bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 07 Aprel 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















