Icma.az
close
up
RU
Ürək xəstəliyindən əziyyət çəkən kişi qəza törətdi DYP çağırış etdi Video

Ürək xəstəliyindən əziyyət çəkən kişi qəza törətdi DYP çağırış etdi Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Ötən gün Ağcabədidə baş verən qəza zamanı 65 yaşlı sürücü ağır xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, Munis İbrahimov idarə etdiyi “VAZ 2106” markalı 02 BZ 936 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı beton səddə və küçəni işıqlandıran işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü M.İbrahimov müxtəlif dərəcəli xəsarətlər alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanıb.

TƏBİB-dən bildirilib ki, saat 11:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1960-cı il təvəllüdlü (kişi) şəxs Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Qeyd edilib ki, kəllə sümüklərinin yerdəyişən sınığı, çənə və alın dibində hematoma, başın sıyrılmış açıq yarası diaqnozu təyin edilən yaralıya ilkin tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

***

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də səhhətində problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.

Ötən gün saat 12:30 radələrində Ağcabədi şəhəri Üzeyir Hacıbəyli prospektində rayon sakini Munis İbrahimovun idarə etdiyi “VAZ” markalı avtomobil qəflətən qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxıb və yol kənarındakı maneələrə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Yaxınlarının və şahidlərin bildirdiyinə görə, hadisəyə səbəb ürək xəstəliyindən əziyyət çəkən M.İbrahimovun isti havada avtomobil idarə edərkən qəflətən halının pisləşməsi olub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.

Ziya Əmirxanlı



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyul 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri