Icma.az
close
up
RU
Ürəkdə eşq olmasaydı, nə tar olar, nə saz olar!

Ürəkdə eşq olmasaydı, nə tar olar, nə saz olar!

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həqiqətən də Mustafa Akkayanın ürəyində musiqi alətlərini düzəltmək eşqi, həvəsi fanatik çalışqanlığı olmasaydı, bir neçə il öncə Türk dünyası tarixində “Qabırğalı tar” icad olunmazdı. Qaziantepli Mustafa Akkaya bu formada tar yaparkən söz vermişdi ki, inşallah “Azərbaycan Aşıq sazı”nı da düzəldərəm vaxt tapan kimi. Çox şükür ki, bu qızıl dəyərində olan vaxtı tapdı Mustafa bəy. 19 aprel 2025-ci il tarixində nəhayət ki, verdiyi sözü tutaraq bu sətirlərin müəllifinin 45 ildir çaldığı (1980-ci ildə məşhur Usta Xudaverdi Mahmudovun atası Cəmil Əkbərin sifarişiylə oğlu İlqar İmamverdiyevə bağladığı saz) saz aləti əsasında, eyni biçimdə, eyni rəngdə və eyni ölçüdə Qaziantepdə ilk dəfə “Azərbaycan aşıq sazı”nı Anadolu kültür cameəsinə qazandırdı.

(Soldan sağa) 
1. Prof.Dr. İlqar Cəmiloğlunun əlində Qaziantepli Mustafa Akkayanın bağladığı ilk saz. 
2. Sazbənd Mustafa Akkayanın əlində tutduğu məşhur sazbənd Xudaverdi Mahmudovun sazı.

Mustafa Bəy türk təbiri ilə onu da etiraf etdi ki, “Azərbaycan aşıq sazını yapmaq mənim üçün çox kolaydı”. Ən çətin isə “Qabırğalı tar” düzəltməkdi ki, bu alət üzərində çox düşünüb, nə cür istehsal edəcəyəm deyə bir neçə şəkildə qəlib hazırlayıb bir çox variantlarda tədqiqatlar apararaq, bu illər ərzində 7 ədəd qabırğalı tar düzəltdim”.

Dəyərli oxucularım, bildirmək istəyirəm ki, qardaş Türkiyə konservatoriyasında çalışdığım 25 il ərzində tar dərsi verilsə də, təəssüf ki, Sadıqcandan Türk dünyasına əmanət qalan bu şahanə görkəmli müdrik səsli, muğam nəfəsli aləti; türk təbiri ilə “bulmak çox zor idi”. Bu səbəblə də İstanbul, Sakarya, İzmir, Ərzurum, Ardahan, Osmaniyə, Bursa, Qars, Qaziantep konservatoriyalarında tar alətinin tədrisi sahəsində problemlər var idi. Tələbələr tar çalmaq istəsələr də, müəllimlərin və tələbələrin bu aləti əldə etməkdə, tapıb almaqda sıxıntılar çəkirdilər. Buna görə də məcbur olub Azərbaycandan, İranın Şərqi və Qərbi Azərbaycan türklərinin məskunlaşdığı bölgənin tar ustalarından Türkiyəyə tar gətizdirmək məsələsini son çarə hesab edirdilər. Təbii ki, bu aləti tədris edən bir mütəxəssis-alim kimi nəhayət bu problemi həll etmək qərarına gəldim. Və 7 il ərzində Mustafa Sadıq oğlunu inandırmağa çalışdım ki, “bu problemi sən çözə bilərsən”. Və təşviqlərim nəticəsində dut materialından çanağı olmaqla 59 hissədən ibarət “Qabırğalı tar” nəhayət ki, Qaziantep şəhərində sanki bir günəş kimi səs adlı şəfəqləriylə zühur etməyə başladı. Tac hissəsində də “Ay ulduz” emblemi olmaq şərti ilə.

Türkiyədə ilk dəfə “Qabırğalı tar”ın icad olunması xəbərini fərqli telekanallar (“Anadolu ajan”, “a haber”) eşidib Mustafa Akkayadan və bu sətirlərin müəllifindən müsahibələr aldılar.

Bu ilk uğur səbəbi ilə də Aşıq Məhəmmədin 200 il öncə yazdığı; “Eşqin olsa sinən üstə, Tar da birdi, saz da birdi” beytinin bir misrasınıdan faydalanıb, “525-ci qəzet”in 7 avqust 2022 tarixində, “Tar da birdi, saz da birdi” başlıqlı məqaləm ilk kəs yayınlanmaqla Azərbaycan oxucuları da xəbər tutmuşdular. Bir müddət sonra Əli Nəcəfxanlının 2023-cü il 7 iyul tarixində “Xalq qəzeti”nin            11-ci səhifəsində “Türkiyə tara qucaq açır” başlıqlı yazı da işıq üzü gördü. Daha sonra “Diriliqurbanimeclisi” saytı 23.06.2023 tarixində “Türkiyə-Azərbaycan mədəni əlaqələrin simgəsi “Tar” sərlövhəli məqaləmizi yayımlamaqla xalqımız Mustafa Sadıq oğlunun sədasını təkrar duydu.

Mustafa Sadıq oğlunun əl işləri barədə bu məqaləni yazarkən qeyri-ixtiyari olaraq Mirzə Sadıq Əsədoğlunu anmaqdayam. Bir zaman tar alətində yeni-yeni ixtiralarla inqilab etmişdir. Bu ixtiranın varisi kimi Mustafa Sadıq oğlunu istər-istəməz mənəvi oğlu kimi qəbul edirəm, dəyərli oxucularım. Çünki tar alətində bir zaman Mirzə Sadıq novatorluğa imza atmış, Sadıq oğlu Mustafa Geylani də “Qabırğalı tar”da öz fantaziyasını, xəyala gəlməyən xülyalarını ilk dəfə Anadolu torpağında tar alətində uğurla tətbiq etməklə müvəffəqiyyət qazanmışdır. İxtiralarının biri alətin qabırğalı, qolunun boş, kəlləsinin isə yeni bir formada olması idi. Bu biçimdə alətin ərsəyə gəlməsi ilə də 21 mart 2024-cü ildə Anadolunun ustad ozanı; Aşıq Veysəl Şatıroğlunun haqqın rəhmətinə qovuşmasının 50 illiyi anısına Ankara Gözəl Sənətlər Universitetində düzənlənən beynəlxalq simpoziumda “Türk Dünyasında Yeni Metodda Tar Yapımının Mücidi Gaziantepli Mustafa Akkaya” mövzusunda məruzə ilə çıxış edib ilk dəfə bu yeni tarın səsini, tembrini, istedadlı  tələbələrim Seda Yılmazın və Canan İşığın oxumasını müşayiətimlə tanıtmış oldum. Musiqişünasların marağına səbəb olan “Qabırğalı tar”ı yaxından görmək istəyənlər (Binəli Yıldırım adına Ərzincan Universitetinin müəllimi Prof.Dr. Əli Kafkasyalı, Qars-Kafkas Universiteti Konservatoriyasının müdiri Prof.Dr. Yavuz Səlim Kafkasyalı, Ankara Gözəl Sənətlər Universitetinin rektoru Prof.Dr. Erhan Özden, Niğdə Ömər Xalisdəmir Univeritetinin müəlliməsi Prof.Dr. Feyzan Gövhər, Konya Nəcməddin Ərbakan Universitetinin müəllimi Prof. Dr. Atilla Özdek) mənə yaxınlaşıb bu alətin səsini, tembrinə dinşək kəsilmək məramıyla təkrar çalmağımı xahiş etdilər. Hətta çəkisinin 1 kilo 250 qram olmasına heyrətlərini gizlədə bilmədilər. Bu xatirəmi Azərbaycan oxucularına çatdırmaqda məramım istedadlı “bağalama”, “elektoro bağlama”, “Kopuz”, “Cura”, “Divan”, “Meydan”, “Cift qollu pərdəli və pərdəsiz”, “Çalışma sazı”, “Kəsik kasa multi-lavta” ustasına həm “Tar ustası Mustafa Sadıq oğlu”, həm də Azərbaycan aşıq sazını bağlamağı bacaran “Sazbənd Mustafa Sadıq oğlu”nu yeni adlarla “təltif etməklə” Azərbaycan mədəniyyət cameəmizin diqqətini çəkməkdir.

Qaziantepli Tar ustası və Sazbənd Mustafa Sadıq oğlu Akkaya, ilk tarı və ilk sazı ilə bu şərəfli yolda uğurlar arzulayaraq Mirzə Sadıq Əsədoğlunun müqəddəs yolunun ləyaqətli davamçısı Mustafa Sadıq oğluna üz tutaraq deyirəm: “Ürəkdə eşq olmasaydı, nə tar olar, nə saz olar”. Əlin qolun var olsun, Mustafa Sadıq oğlu! Sizin kimi ustad sənətkarlar müqəddəs işlərlə uğraşırlar. Sizin istehsal etdiyiniz yeni biçimli musiqi alətləri hər bir evə xoş sədalarla müjdələr aparır. Sizin icadınızla, o mübarək xanəgahlarda xoş sevincli nəğmələr səslənir hər dəfə ifa olunduqca.

Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin bir zaman dediyi  müdrikanə “Bir millət, iki dövlət, Azərbaycan Türkiyə” kəlamını, Qazintepdə ilk dəfə istehsal etdiyin “Qabırğalı Tar” və “Azərbaycan Aşıq Sazını”nın timsalında praktiki olaraq tətbiq etməklə bu şüarı əl işçiliyinlə təsdiqlədiniz qardaş Türkiyəmizdə. Ümidvaram ki, Azərbaycan “Aşıq sazı”nın Türkiyə konservatoriyalarında və fərqli musiqi qurumlarında tədrisinin açılmasıyla bağlı alət “bulabilmək” problemi, Sizin şəxsinizdə, xoşməramlı fəaliyyətinizlə bu məsələ öz həllini tapmış oldu. Çünki Azərbaycan sazının və tarının kamil sənətinin bilicisi, peşəkar istehsalçısı, ixtiraçısı var, Mustafa Akkaya Sadik oğlu adında.

Bu dünyada savab əməllərin sahibinə mərhaba deyirəm. İşiniz-gücünüz hər daim avand olsun Mustafa Sadıq oğlu, “Mirzə Sadıq Əsədoğlunun sadiq mənəvi övladı!”

İlqar Cəmiloğlu İmamverdiyev
Sənətşünaslıq Elmləri Doktoru, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, Türk Xalq Musiqisinə Xidmət mükafatçısı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Aprel 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri