Icma.az
close
up
RU
Arı pətəyinin sirri

Arı pətəyinin sirri

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Yüz illərdir insanları bir məsələ düşündürür: nə üçün arı öz şanını yalnız düzgün altıbucaqlı şəklində qurur?
Əslində, səbəb o qədər də mürəkkəb deyil. Belə ki, əgər arılar şanı kvadrat şəklində qursalar, məsrəf çox olar. Çünki kvadratın perimetri sahəsi onunla eyni olan çevrənin uzunluğundan çoxdur. Yox, əgər arılar şanı çevrə şəklində qursalar, sərhədlər qısa olsa da, çevrələr arasında qalan boşluqlar hesabına yenə də çox mum sərf olunar.
Riyaziyyatçılar uzun müddət bu məsələnin həllini tapmağa çalışdılar. Onlar aralarında boşluq olmayan və tərəflərinin uzunluğu ən qısa olan (başqa sözlə, ən az mum sərf olunan) bir həndəsi fiqur tapmalı idilər. İlk baxışda bu şərtləri üçbucaqlar, kvadratlar və düzgün altıbucaqlılar ödəyirdi. Ancaq bunların da arasında tərəflərinin uzunluğu ən qısa olan həndəsi fiquru tapmaq lazım idi. Bunlarla yanaşı, riyaziyyatçılar tərəfləri düz yox, əyri olan çoxbucaqlıları da sınaqdan çıxardılar. Nəticədə, bir çoxbucaqlının qabarıq əyrisinin o biri çoxbucaqlının çökük əyrisi ilə üst-üstə düşdüyünü gördülər. Bu halda da qabarıq əyrinin qazancı çökük əyrinin itkisi hesabına neytrallaşır və nəticədə heç bir qazanc əldə edilmirdi.
Nəhayət, Miçiqan Universitetindən Tomas Heyls bütün mübahisələrə son qoydu və o, bir sahəni kiçik bərabər sahələrə bölmək üçün ən ideal formanın düzgün altıbucaqlı olduğunu isbat etdi. Ancaq Tomas Heylsin bu kəşfindən sonra başqa maraqlı bir sual ortaya çıxdı. Bəs şanların qapalı uclarında ən az bal mumu sərf etməklə hansı həndəsi fiqurdan istifadə olunmalıdır? 1964-cü ildə riyaziyyatçı Feyeş Tot ən ideal kombinasiyanın iki altıbucaqlı və iki kvadrat şəklində olduğunu isbat etdi. Üstəlik, hesablamalar arıların pətəyinin Totun pətəyindən 0,035 % çox itki verdiyini göstərirdi. Ancaq diqqətdən yayınan bir şey var idi ki, bu da hesablamalarda şanın divar qalınlığının həddindən artıq nazik götürülməsi idi. Tədqiqatçılar hava köpüyündən istifadə etməklə Totun pətəyini təcrübi yolla yoxladılar. İki şüşə arasına iki təbəqədən ibarət 2 mm-lik qabarcıqlara malik yuyucu toz məhlulu vurdular. Şüşələrə yapışan qabarcıqlar altıbucaqlı prizma formasını aldılar. Ortada, iki təbəqənin sərhədində isə prizmalar Totun irəli sürdüyü iki altıbucaqlı və iki kvadrat şəklində birləşdilər. Qabarcığın divarları bir qədər qalınlaşdırıldıqda isə maraqlı bir forma ortaya çıxdı və qabarcıqlar arıların qurduğu kimi üç bərabərtərəfli dördbucaqlı formasını aldılar. Bu isə bir daha ən ideal bal pətəyinin arılar tərəfindən qurulduğunu sübuta yetirdi.
Bir daha düşünmək üçün... 
- Pətəyin yerləşdiyi çərçivənı şaquli vəziyyətdə tutduqda prizmalar oturacaqla 13 dərəcəlik bucaq əmələ gətirir. Bu isə balın şanlardan axmaması üçün ən kiçik bucaq hesab olunur.
- Düzgün altıbucaqlılardan meydana gələn şanın divarları son dərəcə nazik olub orta qalınlığı 0,1 mm-dir.
- Çarlz Darvin özü də bal pətəyini işə və materiala ən mükəmməl şəkildə qənaət edən mühəndislik xariqəsi adlandırmışdı.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Noyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri