Icma.az
close
up
RU
Ürəktutmadan ölənlərin sayı buna görə artırmış Çıxış yolu var

Ürəktutmadan ölənlərin sayı buna görə artırmış Çıxış yolu var

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 17-də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin ürək çatışmazlığından vəfat etməsi cəmiyyətdə ciddi narahatlıq yaradıb. Son günlər ard-arda yayılan oxşar ölüm xəbərləri bu hadisəni təkcə fərdi faciə deyil, ümumi problem kimi gündəmə gətirib. Xüsusilə gənclərin və orta yaşlı insanların ürək tutmasından ölməsi suallar doğurur.

Müasir tibbin inkişaf etdiyi dövrdə irsi ürək xəstəliklərinin qarşısının alınması və nəzarət altına alınması mümkündürmü? İnsanlar profilaktik məqsədlə ildə neçə dəfə ürək müayinəsindən keçməlidirlər?

Globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib ki, bəzən gənc yaşlarda, bəzən isə eyni ailənin bir neçə üzvündə belə ölüm hallarının ardıcıl baş verməsi prosesin təsadüfi olmadığını göstərir:

“Bu faktlar problemin təkcə həyat tərzi və ya gündəlik stresslə əlaqəli olmadığını, çox zaman irsi və genetik faktorlarla bağlı ola biləcəyini gündəmə gətirir. Qəfil ürək tutması əksər hallarda ürəyin elektrik sistemində yaranan ağır ritm pozğunluğu nəticəsində baş verir. İnsan ani şəkildə huşunu itirir və ilk dəqiqələrdə tibbi müdaxilə olunmazsa, nəticə ölümcül ola bilər. Təəssüf doğuran məqam odur ki, bu hallar çox zaman heç bir ciddi əlamət vermədən, insan özünü tam sağlam hesab etdiyi bir dövrdə baş verir”.

Rəşad Mahmudov

Deputat vurğulayıb ki, müasir tibbin gəldiyi səviyyə irsi ürək xəstəliklərinin artıq hökm olmadığını göstərir:

“Bu xəstəliklər illərlə səssiz şəkildə inkişaf edə, heç bir şikayət yaratmaya bilər. Lakin bu gün kardiologiyada tətbiq olunan müasir müayinə üsulları vasitəsilə riskləri erkən mərhələdə aşkarlamaq mümkündür. Elektrokardioqrafiya, exokardioqrafiya, uzunmüddətli ritm monitorinqi, kardiyak maqnit-rezonans tomoqrafiya və genetik testlər ürəkdəki gizli problemlərin üzə çıxarılmasına imkan verir. Risk vaxtında müəyyən edildikdə xəstəliyin gedişinə təsir göstərmək mümkündür. Düzgün dərman müalicəsi, həyat tərzinin korreksiyası, fiziki yüklənmənin fərdi şəkildə tənzimlənməsi, eləcə də zəruri hallarda implantasiya olunan defibrilyatorlar qəfil ürək tutmasının qarşısını almaqda yüksək effektivlik göstərir. Bu gün bir çox ölkələrdə minlərlə insan məhz vaxtında aparılmış müayinələr və düzgün profilaktik yanaşma sayəsində normal həyatını davam etdirir”.

Rəşad Mahmudov xüsusilə ailəsində gənc yaşda ürəkdən qəfil ölüm, izah olunmayan huş itirmə və ya ağır ritm pozğunluğu halları olan şəxslərin bu məsələyə daha ciddi yanaşmalı olduqlarını bildirib:

“Belə hallarda tək bir fərdin deyil, bütün ailənin kardioloji qiymətləndirilməsi həyati əhəmiyyət daşıyır. Çünki irsi risk bir nəfərin deyil, nəsildən-nəslə ötürülə bilən təhlükədir. Ürək müayinəsi yalnız ağrı və ya şikayət yarandıqda aparılan prosedur kimi qəbul edilməməlidir. Əksinə, profilaktik müayinələr məhz şikayət olmadan aparıldıqda həyat qurtarır. Sağlam insanlarda ildə ən azı bir dəfə, risk qrupuna daxil olan şəxslərdə isə daha tez-tez kardioloji müayinələrdən keçmək bu cür faciələrin qarşısını almaqda əsas rol oynayır”.

Millət vəkili cəmiyyətdə hələ də geniş yayılmış “mən gəncəm, mənə olmaz” düşüncəsini ən təhlükəli yanlışlardan biri adlandırıb:

“Yaşın az olması, fiziki aktivlik və ya özünü sağlam hiss etmək ürək xəstəliklərinin olmadığı anlamına gəlmir. Qəfil ürək tutması çox zaman məhz özünü sağlam hesab edən insanlarda baş verir, əksər hallarda qaçılmaz tale deyil. Bu, vaxtında aşkarlanmamış riskin acı nəticəsidir. Profilaktik müayinə qorxu deyil, insanın özünə və ailəsinə qarşı məsuliyyətinin göstəricisidir. Vaxtında atılan bir addım isə bəzən tək bir həyatı deyil, bütöv bir ailəni böyük faciədən xilas edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri