Ürəyi dayanan futbolçuya defibrilator quraşdırıldı
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliyanın "Fiorentina" futbol klubunun yarımmüdafiəçisi Edoardo Bove dərialtı defibrilator quraşdırmaq üçün əməliyyat olunub.
Publika.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziya kanalı xəbər verib.
Bildirilib ki, hər hansı bir fəsad olmasa, idmançının cümə axşamı və şənbə günləri arasında əməliyyat olunacağı gözlənilir.
Qeyd edək ki, dekabrın 1-də İtaliya çempionatının oyunu zamanı 22 yaşlı futbolçu meydançada yıxılıb. Oyunçular onun yanına qaçdılar və həkimlərə mümkün qədər tez köməyə gəlmələri üçün işarə verməyə başladılar.
Həkimlər Boveya təcili yardım göstəriblər və idmançı təcili yardım maşınına mindirilib və onu xəstəxanaya çatdırıblar.
Baxış sayı:79
Bu xəbər 11 Dekabr 2024 08:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















