Icma.az
close
up
RU
Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı

Ürəyin dayanmasının gözlənilməz səbəbi açıqlandı

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yüksək hava çirklənməsi ürəyin qəfil dayanma ehtimalını artırır. 

Qaynarinfo xəbər verir ki, bu nəticəyə Milan Politexnik Universitetinin tədqiqatçıları gəliblər. Nəticələr "Global Challenges" (GC) jurnalında dərc olunub.

Tədqiqatçılar 2016–2019-cu illər arasında Lombardiyada qeydə alınan 37 613 xəstəxana xaricində ürəyin dayanma hadisəsini analiz ediblər. Hər bir hadisə üçün Avropa "Copernicus" proqramının peyk məlumatlarından istifadə edərək gündəlik çirklənmə konsentrasiyaları müəyyən edilib.

Araşdırmada PM2.5 və PM10 – diametri müvafiq olaraq 2,5 və 10 mikrometrdən kiçik olan hava hissəciklərinin səviyyələri nəzərə alınıb. Bu hissəciklər dərin tənəffüs yollarına daxil olub iltihabi reaksiyalar yarada bilər. Həmçinin azot dioksidi, ozon və karbon monoksid səviyyələri də izlənilib. Məkan-zaman statistik modelləri hava çirklənməsinin gələcək günlərdə ürəyin dayanması ehtimalı ilə əlaqəsini müəyyən etməyə imkan verib.

Ən diqqətçəkən əlaqə azot dioksidi ilə müşahidə olunub. Konsentrasiyanın kub metrə 10 mikroqram artması növbəti 96 saat ərzində qəfil ürəyin dayanması riskini 7% artırıb. Sərt hissəciklər də təsir göstərib: PM2.5 üçün riskin artımı 3%, PM10 üçün isə 2,5% təşkil edib.

Müəlliflər bildirirlər ki, təsir şəhər ərazilərində daha güclü olsa da, tapılan əlaqələr böyük şəhərlərdən kənarda da saxlanılır. Risk əsasən isti dövrlərdə artır, bu da yüksək temperatur ilə çirklənmiş hava maddələri arasında qarşılıqlı təsirin olduğunu göstərə bilər.

Hətta rəsmi normativləri aşmayan çirklənmə səviyyələrində belə əhəmiyyətli korrelyasiyalar müşahidə olunub ki, bu da mövcud "təhlükəsiz” təsir həddinin mövcudluğunu şübhə altına qoyur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri