Icma.az
close
up
RU
Urinoterapiya. Sidiklə müalicə mümkündürmü?

Urinoterapiya. Sidiklə müalicə mümkündürmü?

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar bu mövzu çox aktuallaşıb. Təəssüf ki, bəzi KİV-lər bu mövzu ilə bağlı düzgün olmayan, elmə əsaslanmayan miflər yayır və insanları səhv istiqamətləndirirlər.  

İlk növbədə qeyd etmək lazımdır ki, urinoterapiyadan istifadə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  tərəfində qəti şəkildə tövsiyə edilmir.

Saglamolun.az bildirir ki, urinoterapiyanın "fayda"sını və "müalicəvi" təsirini təsdiq edən heç bir ciddi elmi araşdırma, elmi iş yoxdur və ola da bilməz. Əksinə bütün dünyada alimlər və həkimlər urinoterapiyanı çox ziyanlı metod kimi hesab edir. Bu haqda bir çox tanınmış həkimlərin çıxışları da var. 

Nə üçün sidiyin istifadəsi (içmək, dəriyə sürtmək və s.) heç bir halda faydalı ola bilməz?  Sidiyi əmələ gətirən böyrəklər orqanizmdə filtr funksiyasını yerinə yetirərək qanı artıq, ziyanlı və lazımsız maddələrdən (duzlar, ammonyak, toksinlər, artıq hormonlar və s.) təmizləyir. Nəticədə sidik əmələ gəlir. Beləliklə, sidik nədir? Suda həll olunmuş orqanizm üçün artıq, ziyanlı və lazımsız maddələr, tullantılardır. Sidik içməklə insan bu tullantıları yenidən orqanizmə qaytarır. Məntiqlə düşünəndə, bu orqanizmə nəinki fayda verə bilməz, əksinə ciddi ziyan vura bilər. Məhz bu səbəbdən ənənəvi tibb uronoterapiyanı çox ziyanlı hesab edir.

Urinoterapiya böyrəklər, qaraciyər və hormonal sisteminə ciddi ziyan vura, qan və daxili orqanların zəhərlənməsinə səbəb ola bilər.

Bir çoxların fikirləşdiyi kimi, sidik steril deyil, onun tərkibində ziyanlı mikroblar ola bilər. Bu mikroblar mədə-bağırsaq sisteminə düşərək burada müxtəlif xəstəliklər yarada bilər.

Sidiyi nəinki daxilə qəbul etmək, dəriyə, xüsusilə açıq yaralara sürtmək olmaz. Bu yaraların iltihablaşmasına və daha ağır fəsadlara (sepsiz, qanqrena) səbəb ola bilər.

Beləliklə, urinoterapiya heç zaman faydalı müalicəvi metoq hesab oluna bilməz və urinoterapiyadan istifadə edən insan öz sağlamlığını və hətta həyatını ciddi təhlükəyə salmış olur.  

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri