Urmu Gölü Milli Parkının kənarında 5 hektar qamışlıq yanıb
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsinin Baş direktoru Höcət Cabbari Heydərabad üç yollu ərazisində, Urmu Gölü Milli Parkının kənarında təxminən beş hektara yaxın qamışlığın yandığını açıqlayıb.
Gunaz.tv
Höccət Cabbari bu gün səhər yanğının nəzarət altına alındığını elan edib.
“Bu hadisənin səbəbi hələlik məlum deyil, lakin dəlillər onun baş verməsində insan faktorlarının təsirini göstərir. Yanğın söndürülməsi əməliyyatı Sulduz Rayon Ətraf Mühitin Mühafizəsi İdarəsinin (Nəqdəh) yanğınsöndürənləri, ekoloqları, Yol Təsərrüfatı İdarəsinin əməkdaşları, rayonun Təbii Sərvətlər və Su Hövzələrinin Təsərrüfatı İdarəsinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib və son nəticədə yanğın tamamilə söndürülüb.” - deyə Höcət Cabbari bildirib.
Cabbari təbii yaşayış yerlərinin qorunmasının vacibliyini vurğulayaraq, insanları, xüsusən də turistləri və təbiət həvəskarlarını vəhşi təbiət növlərinin, xüsusən də su-bataqlıq ərazilərin qamışlığında yuva quran quşların çoxalma mövsümündə yanğına səbəb ola biləcək hər hansı təhlükəli hərəkətlərdən çəkinməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















