Ursula fon der Leyen: “Ukrayna Avropanın bir hissəsinə çeviriləcək” KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen AK-nin yeni tərkibinin Ukraynanın Avropa İttifaqına daxil olması istiqamətində çalışacağını açıqlayıb.
KONKRET.az xəbər verir ki, noyabrın 27-də Strasburqda Avropa Parlamentinin plenar iclasında Aİ üzvlüyünə namizədləri təqdim edən fon der Leyen deyib: “Biz Ukraynanın Avropanın bir hissəsi olmasını istəyirik. Lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyik”. Von der Leyen söz verib ki, Avropa Komissiyası Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinə Aİ üzvlüyünə hazırlaşmağa kömək edəcək və lazımi islahatları aparacaq: “Avropanın bu ölkələrə bağlılığı daha da güclü olacaq. Biz isə həmin ölkələri prosesin hər bir mərhələsində, ləyaqət əsasında, bizim İttifaqımıza qoşulmağa hazır olana qədər dəstəkləyəcəyik”. Daha sonra fon der Leyen xatırladıb ki, sloveniyalı Marta Kos yeni Avropa Komissiyasında Avropa İttifaqının genişlənməsinə görə məsuliyyət daşıyacaq.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 27 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















