Icma.az
close
up
RU
Uruqvay uğursuz seriyalara son qoydu

Uruqvay uğursuz seriyalara son qoydu

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Amerikada DÇ-2026-nın seçmə turnirinin 11-ci turuna yekun vuruldu. Ən çox maraq doğuran oyunda Uruqvay ilə Kolumbiya qarşılaşdı.

Tura 19 xalla 2-ci yerdə başlayan Kolumbiya yığması 3-cü pillədəki Uruqvayı 3 xal qabaqlayırdı. Halbuki Uruqvay yığması bir neçə ay əvvəl lider Argentina ilə ciddi rəqabət aparırdı. Lakin Marselo Byelsanın komandasını bu yay keçirilən Amerika Kubokundan sonra, necə deyərlər, xalları sağa-sola xərcləmişdi. “Selesta” 6-cı turun ev oyununda Boliviyanın qapısından üç cavabsız top keçirəndən sonra mundialın seçmə turnirdə ilk dəfə ardıcıl 4 oyunda qol vura bilməmişdi: Paraqvay və Ekvadorla ev, Venesuela ilə səfər oyunu 0:0 nəticələnmiş, Peruya isə səfər matçında 0:1 hesabıyla uduzmuşdu.
Nəhayət, uğursuz seriyalara Kolumbiya ilə matçda son qoyuldu. Məşhur “Sentenario” stadionunda keçirilən oyun olduqca baxımlı və dramatik alındı. Hesabı qonaq komanda açsa da, ev sahibləri fasilədən sonra ii qol vurmaqla üstünlüyü ələ aldılar. Əsas vaxta əlavə olunan dəqiqələrdə vurulan qarşılıqlı qollar isə Uruqvayın 3:2 hesablı qələbəsini təmin etdi. Byelsanın komandası topların daha yaxşı fərqinə əsasən 2-ci yerə qalxdı.
Cənubi Amerika
11-ci tur
Uruqvay – Kolumbiya 3:2 (0:1)

Uruqvay: Roçet, X.Ximenes, Saraççi (Varela, 79), M.Olivera, Nandes, Bentankur, Valverde, Maksimiliano Arauxo, Pelyistri, R.Agirre (Uqarte, 68), D.Nunyes.
Kolumbiya: K.Varqas, Moxika, D.Sançes, Lukumi, Munyos, Kintero (Xames Rodriges, 72), Portilya (Mina, 90+5), Rios, L.Dias, C.Aryas (K.Qomes, 82), Duran (Borre, 72).
Qollar: Kintero, 31 (0:1). D.Sançes, 57-öz qapısına (1:1). R.Agirre, 60 (2:1). K.Qomes, 90+6 (2:2). Uqarte, 90+11 (3:2).
Vərəqələr: Kintero, 25. Bentankur, 26. R.Agirre, 37. Duran, 58. Valverde, 66. Nandes, 80 - sarı.
Hakim: Kevin Orteqa (Peru).
15 noyabr. Montevideo.
Peru – Çili 0:0
Peru: Kaseda, Korso (Rivera, 86), Kalyens, Advinkula, Migel Arauxo, Sonne (Qarses, 87), Kartaxena, Penya (Flores, 78), P.Gerrero (Lapadula, 63), Polo, Valera (Kispe, 78).
Çili: Kortes, Maripan, Eçeverriya, P.Dias, Suaso, Loyola, Vidal, D.Valdes, Pisarro (Paves, 90+5), E.Varqas (Mora, 90+6), Aravena.
Vərəqələr: Loyola, 45+3. Korso, 46. Kartaxena, 66. E.Varqas, 88. Suaso, 90+1 - sarı.
Hakim: Vilton Pereyra Sampayo (Braziliya).
15 noyabr. Lima.
Turun digər oyunlarının nəticələri: Paraqvay - Argentina 2:1, Venesuela - Braziliya 1:1, Ekvador - Boliviya 4:0.
1. Argentina 11 7 1 3 20-7 22
2. Uruqvay 11 5 4 2 16-8 19
3. Kolumbiya 11 5 4 2 15-9 19
4. Braziliya 11 5 2 4 16-10 17
5. Ekvador (-3) 11 5 4 2 10-4 16
6. Paraqvay 11 4 4 3 6-5 16
7. Venesuela 11 2 6 3 9-11 12
8. Boliviya 11 4 0 7 11-25 12
9. Peru 11 1 4 6 3-14 7
10. Çili 11 1 3 7 5-18 6
Bombardirlər: Messi (Argentina) - 6, D.Nunyes (Uruqvay) - 5, Rafinya (Braziliya), L.Dias (Kolumbiya), Sanabriya (Paraqvay) - 4.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri