Icma.az
close
up
RU
Uşağa ayaqqabı seçərkən diqqətli olun! Ortopedin məsləhətləri

Uşağa ayaqqabı seçərkən diqqətli olun! Ortopedin məsləhətləri

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Uşağa ayaqqabı seçdikdə diqqətli olmaq lazımdır. Ortopedlərin valideynlərə məsləhətləri:

1. Bəzən eşidirik ki, bütün uşaqlar ortopedik ayaqqabı geyinməlidir. Lakin bu belə deyil. Sağlam uşağa ortopedik ayaqqabı lazım deyil. Uşağa keyfiyyətli və həkimlərin tövsiyələrinə uyğun seçilmiş ayaqqabı seçmək lazımdır. Bu çox vacibdir. Düzgün seçilməmiş ayaqqabıların nəticəsi - uşaqda pəncə və qamət problemləridir.

Altlığı yumşaq olan ayaqqabılar (ked, şap-şap) yaxşı seçim deyil. Belə ayaqqabıda uşaq 2 saatdan artıq gəzməməlidir.

2. Uşaq ayaqqabıların müəyyən standartları mövcuddur.

Ayaqqabı dəridən olmalıdır (həm ayaqqabının üstü, həm də içi). Bu çox vacibdir. Uşaqlar çox hərəkət edir - qaçır, tullanır. Süni materiallardan hazırlanmış ayaqqabıda uşağın ayaqları çox güclü tərləyəcək. Bu isə ziyandır.

Ayaqqabının altlığı bərk olmalıdır və eyni zamanda asanlıqla əyilməlidir (bax şəkil 1). Altlığın elastik olması çox vacibdir. Altlıq dəridən, rezindən və digər müasir materiallardan ola bilər.

Ayaqqabının arxası bağlı və bərk olmalıdır. Dabanın hündürlüyü 1/2-1 sm olmalıdır. Qeyri-adi dabanı olan və ya dabansız ayaqqabılar tövsiyə edilmir.

Ayaqqabının içərisində supinator olmalıdır.

Ayaqqabının burnu bərk və yumru olmalıdır ki, uşağın barmaqları üçün kifayət qədər yer olsun.

3. Uşağa ayaqqabı alarkən diqqətli olun və müəyyən qaydalara əməl edin:

- Ayaqqabını axşam almaq məsləhətlidir. Bu həm uşaqlara, həm də böyüklərə aid olan qaydadır. Axşam səhərlə müqayisədə pəncənin ölçüsü 5-8% böyük olur.

- Ayaqqabı uşağın ayağını sıxmamalıdır və həmçinin çox böyük olmamalıdır (ayaqqabı ayaqda yaxşı oturmalıdır).

- Barmaqlardan ayaqqabının burnuna kimi təxminən 1-1,5 sm məsafə qalmalıdır. Uşağa ayaqqabı geyindirdikdən sonra ayaqqabının arxasına çəçələ barmağınızı salın (çəçələ barmağının ucu girməlidir). (bax şəkil 2)

- Uşağın dabanı ayaqqabıda sağa-sola "oynamalıdır". (bax şəkil 3)

- Uşağa təzə ayaqqabı geyindirdikdən sonra onu 5 dəqiqə ərzində gəzdirin. Daha sonra ayaqqabını çıxardın və uşağın ayaqlarında sürtülmüş, qızarmış yerlərin olub-olmamasına fikir verin.

- Əgər müəyyən müddətdən sonra uşağın ayaqqabısı öz formasını dəyişibsə (bax şəkil 4), ayaqqabını təzələyin. Əgər bu hal təkrarlanırsa, ortopedə müraciət edin.

Mənbə: medicinform.net

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri