Icma.az
close
up
RU
Uşağa cib xərcliyi lazımi qədər verilməlidir PSİXOLOQ İZAH ETDİ

Uşağa cib xərcliyi lazımi qədər verilməlidir PSİXOLOQ İZAH ETDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Hər gün ətrafımızdakı marketlərin sayı artır. Marketdəki alınacaq şirniyyatların, qidaların da çeşidləri günbəgün artır. Biz uşağa "yox" desək belə başqa şeyi görür və istəyir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, çox vaxt valideynlər uşağa deyir ki, pulu yoxdur: "Uşaq həm bu cümləni eşitməkdən bezir, həm də valideyn onun yanında pul qabını açıb pul çıxaranda görür ki, anasının müəyyən qədər məbləği var. Onda inamsızlıq yaranır. Ananın həqiqətən də pulu olmayanda uşaq ona inanmır. "Pulum yoxdur" demək yerinə, "pulum var, amma evin ehtiyaclarını almalıyıq" demək lazımdır. Yaxşı olar ki, siyahını tutanda uşağı da buna cəlb edək. Uşaq görsün ki, evdə hansısa ərzaqlara ehtiyac var, biz gündəlik ehtiyaclarımızı həmin pulla ödəməliyik.

Ən önəmlisi, uşağın ehtiyacı olan şeylər alınmalıdır. Məsələn, uşaq şokolad istəyir, eyni anda bir neçə şeyə də əl uzada bilər. Biz deməliyik ki, marketdən istədiyin bir şeyi seçə bilərsən. Uşaq analiz edir, fikirləşir, ən çox nəyi istəyirsə, onu seçir. Biz də uşağa bir növ seçim haqqı veririk, həm də qənaət öyrədirik.

Uşağa 6-7 yaşından etibarən pul verə bilərik. Sadəcə o, bizim kimi pul büdcəsini idarə etməyi bilmir deyə, yüksək məbləğdə pul vermirik. Hər gün az-az onun çantasına pul qoya bilərik. Amma yeniyetməlikdən etibarən isə verdiyimiz pulu artıra bilərik. Çünki yeniyetmə bir həftəlik pulu idarə etməyi öyrənməlidir. İbtidai yaşlarda uşaq bu idarəetməni bilmir, amma yeniyetmə dövründə idarəetməni artıq öyrənməyə başlamalıdır. Uşağa cib xərcliyi lazımi qədər verilməlidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Aprel 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri