Icma.az
close
up
RU
Uşağı gec dil açan valideynlərin DİQQƏTİNƏ Bu məşqləri edin

Uşağı gec dil açan valideynlərin DİQQƏTİNƏ Bu məşqləri edin

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu günün şüarı gec danışanlar, nitqi ləngiyən uşaqlar üçündür...

Sözlər üzərində fokuslaşmayın, səslərlə oynayın!

Körpələrinizə nitqi sevdirin!

Danışmaq qəşəngdir, sən bunu bacarırsan, sən danışa bilirsən, sən çox qəşəng danışırsan!

Hər gün valideynlərdən körpələrinin nitq ləngimələri ilə bağlı təəssüflərini eşidirəm. Qərara gəldim ki, valideynlərin mənlə paylaşdıqlarını sizlər üçün yazaraq təqdim edim. Çünki günümüzdə bu şikayətləri çox eşidirik. Ümid edirəm ki, hər valideyn üçün əhəmiyyətli olar.

Valideynlər ilk olaraq deyirlər ki, uşaqda problemdən şübhələndiyim vaxt ən böyük səhvim GÖZLƏMƏK olub. Nə edəcəyimi bilmədən gözləyirəm ki, düzələcək. Nəsə edə bilmədiyim zamanda gözləmək mənə ən yaxşı variant kimi görünə bilir.

Əgər sən nitq ləngiməsi olan uşağın valideyni və ya əhatəsindəsənsə, dəstək üçün bunlara əməl etməlisən.

Söz (verbal) rutinləri ilə tanışlıq

Verbal və ya söz rutini nədir?

Müəyyən vaxtda təkrarlar edilməklə biz söz rutinlərini istifadə edirik. Bəs necə?

MÜTLƏQ EYNİ SÖZLƏR EYNİ ÜSULLA EYNİ VAXTDA EYNİ  MƏQSƏD ÜÇÜN EYNİ ƏŞYALARLA OLMALIDIR.

Məsələn, əgər uşağınız parka getməyi sevirsə, parka getmək üçün evdən çıxdıqda "Gedək?", - deyə soruşun. Lakin "gedək" sözünü bir neçə dəfə təkrarlayın və bu situasiyanı təkrar olaraq bir neçə dəfə yaradın. Artıq o qədər soruşacaqsınız ki, həmin situasiyada uşaq özü "gedək" deyəcək.

Danışığı ləngiyən körpələr üçün söz rutini güclüdür. Lakin bir məsələ də var ki, bu rutinlər evdə bir neçə dəfə uşaq öyrənənə qədər və həmçinin sizə sözlə cavab verənə qədər təkrar olunmalıdır. Təəssüf ki, valideynə bu tapşırldıqda onlar evdə bir dəfə tətbiq edirlər və sonra da "mənə heç cürə söz demir uşağım, mənlə danışmır", - deyə şikayətlənirlər. Və yaxud da valideynə tapşırdıqda onlar evdə bir dəfə tələb edir, sonra buraxılır və edilmir. Bu, onlara adi gəlir. Lakin bu, rutin şəklində bir neçə dəfə təkrar edilməlidir. Çünki hər dəfə təkrar edildikdə uşaq sizinlə kontakt yaradır və beləliklə də, kiçik ünsiyyətin, dialoqun əsası qoyulur. Belə tətbiq edildikdə təsir daha effektli olur və yalnız bu zaman müsbət nəticəni tez əldə edə bilirik. Bu proses uşağın nitqi açılana qədər davam etdirilməlidir.

Məsələn, hər vaxt uşağı hoppandırmağa (hop, hop, hop) hazır olun və ya aşağı qoyanda 1, 2, 3... deyin. Bunu bir neçə dəfə edin və bir, iki, üç saydıqda üç demədən öncə fasilə verin, bu zaman, uşağınız, sizə baxacaq və sizin nitqinizi tamamlamağa çalışacaq. Yaxud mahnı oxuyun, uşaq mahnını tanıdıqdan sonra isə fasiləylə oxuyun ki, siz dayandığınızda  uşağınız davam etdirsin.

Əziz valideynlər, həmçinin uşağınızla normal rutinlərdə də iştirak edin (yemək, oynamaq, maşın sürmək və s.).

Nə  vaxt ki, uşaq danışmağa başlayır bax, o zaman qətiyyən dərhal sözə fokuslaşıb, ona söz dedirtməyə çalışmayın! Cümlə qurmağa tələsməyin! Bəzən uşaqlar söz deməyə başladıqda valideynlərin uşaqdan gözləntiləri artır, söz və cümlə tələb etməyə başlayırlar. Lakin buna tələsmək lazım deyil. Çünki uşaq yeni-yeni danışmağa başladıqda bu prosesi bir müddət sadə oyun şəklində davam etdirmək lazımdır ki, uşaq danışmaqdan qorxmasın və nitqi sevsin.

ELƏ İSƏ SƏSLƏRLƏ OYUN VAXTIDIR

Əgər uşağınızın nitqindən erkən sözlər gəlmirsə, oyun səsinizi müəyyənləşdirin;

Süni qışqırmaq - süni asqırmaq

Süni gülmək - süni ağlamaq

Süni boğulmaq - süni yemək və içmək

Süni xoruldamaq - süni istiləşmək

Süni donmaq - süni titrəmək

Süni öskürmək

Ş ş ş - sakit

Maşın səsi (bip, bip, bip, vın, vın, vın)

Süni öskürmək, əsnəmək, köpüyü partlatmaq (part, part, part), meyvəni səsli yemək (nyam, nyam, nyam)  və s. Körpə məqsədyönlü şəkildə öyrənir və danışmaq ona maraqlı gəlir. Bu oyunlar sayəsində körpələriniz motivasiya olunurlar. Özlərini rahat və güvəndə hiss edirlər. Artıq siz hər dəfə onlarla oynadığınız zaman asanlıqla, səsli şəkildə, sizi təkrar edirlər, sizlə oynayırlar və nəhayət, ilk sözlərini deməyə başlayırlar.

Bəsirə Pənciyeva, loqoped

Lent.az

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri