Icma.az
close
up
RU
Uşağı gələcək asılılıqlara aparan səbəblər Psixiatrdan açıqlama

Uşağı gələcək asılılıqlara aparan səbəblər Psixiatrdan açıqlama

Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.



Müxtəlif asılılıqlar çox vaxt insanın böyüdüyü dövrdə, xüsusilə uşaqlıq və yeniyetməlik illərində formalaşmağa başlayır.

Bu gün elm artıq sübut edib ki, asılılıq sadəcə zəif iradə və ya pis vərdiş deyil. Bu, beynin inkişafı, emosional vəziyyət və uşağın yaşadığı mühitlə sıx bağlı olan bir prosesdir. Uşaqlıq dövründə beyin çox sürətlə inkişaf edir və bu dövrdə yaşanan hər şey uşağın gələcək davranışlarına təsir göstərir. Xüsusilə beynin həzz və motivasiya sistemi bu yaşlarda çox həssas olur. İnsan hər dəfə ona xoş hiss verən bir şey etdikdə beyində dofamin adlı maddə artır. Dofamin insanda maraq, motivasiya və həzz hissi yaradır.

Medicina.az xəbər verir ki, həkim psixiatr Nərgiz Musayeva hansı uşaqların hansı səbəblərdən asılı ola biləcəyini açıqlayıb.

“Normal halda uşaq bu hissi oyun oynayanda, ailəsi ilə vaxt keçirəndə, dostları ilə ünsiyyətdə, idmanda və yaradıcı fəaliyyətlərdə yaşamalıdır. Bu zaman beyin təbii şəkildə inkişaf edir və uşaq real həyatdan zövq almağı öyrənir. Amma müasir dövrdə telefon, qısa videolar, oyunlar və sosial media beyinə çox sürətli və güclü stimul verir. Beyin bu sürətli həzzə tez alışır. Nəticədə adi həyat fəaliyyətləri uşağa darıxdırıcı görünməyə başlaya bilər. Uşaq tez sıxılır,davamlı yeni stimul axtarır,diqqətini toplamaqda çətinlik çəkir,hər şeyi dərhal istəyir. Bu proses yavaş-yavaş asılılıq riskini artırır. Digər vacib məsələ uşağın emosional vəziyyətidir. Əgər uşaq evdə davamlı qorxu, qışqırıq, emosional soyuqluq, diqqətsizlik, sevgisizlik və ya həddindən artıq təzyiq ilə böyüyürsə, onun beynində stress sistemi davamlı aktiv qalır.

Belə uşaqlarda daxili gərginlik,narahatlıq,özünü tək hiss etmə,emosional boşluq daha çox müşahidə olunur. İnsan beyni isə stress və ağrıdan qaçmağa çalışır. Əgər uşaq özünü sakitləşdirməyi sağlam yollarla öyrənmirsə, zamanla telefona,oyuna,yeməyə,sosial mediaya,pornoqrafiyaya,sonrakı yaşlarda isə siqaret və ya maddələrə yönələ bilər. Çünki bunlar beyində qısa müddətli rahatlıq hissi yaradır”.

Burada vacib olan məqam odur ki, asılılıq çox vaxt sadəcə həzz almaq deyil, daxili gərginlikdən qaçmaq cəhdinə çevrilir. Yəni bəzi insanlar əylənmək üçün yox, özlərini sakitləşdirmək üçün asılı davranışlara yönəlirlər. Yeniyetməlik dövründə risk daha da artır. “Çünki bu yaşlarda beynin emosiyalar və həzzlə bağlı hissələri çox aktiv olur, amma özünü idarə etmə ilə bağlı hissə hələ tam inkişaf etmir. Buna görə yeniyetmələr impulsiv qərarlar verə,riskli davranışlara daha açıq ola,ani həzzə daha çox yönələ bilirlər.

Əgər bu dövrdə uşaq davamlı olaraq yüksək stimul verən şeylərə məruz qalırsa, beynin mükafat sistemi buna alışır və kompulsiv davranışlar formalaşa bilər. Buna görə uşaqları gələcək asılılıqlardan qorumağın yolu yalnız qadağalar deyil. Ən vacib qoruyucu faktorlar ailə ilə yaxın münasibət,emosional təhlükəsizlik, uşağın hisslərini ifadə edə bilməsi,stresslə sağlam mübarizə yollarını öyrənməsi,real həyatda sevinc və maraq tapması,fiziki aktivlik,sağlam dostluq münasibətləridir. Uşaq sevildiyini, qəbul olunduğunu və güvəndə hiss etdikdə, beynin zərərli və süni stimullara bağlanma ehtiyacı azalır”.

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 01 İyun 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri