Icma.az
close
up
RU
Uşağı ona göstərməyən qaynanasını döydü

Uşağı ona göstərməyən qaynanasını döydü

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kürdəmir rayonunda 42 yaşlı kişi qayınanasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1984-cü il təvəllüdlü Oqtay qayınanası Əsmərin (adlar şərtidir – red.) evinə gəlib. O, qayınanasının evində olan uşaqlarını görmək istəməsini bildirib. 
Amma qayınana kürəkəninə kobud cavab verməsi səbəbindən aralarında mübahisə baş verib. Şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qadının bədəninin müxtəlif nahiyəsinə yumruqla, təpiklə bir neçə dəfə qəsdən vurub. 
Oqtayın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Oqtay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onunla həyat yoldaşı Sevil arasında bir müddətdir narazılıq var:
“Sevil mənim sözümü eşitməyib, heç bir səbəb olmadan mənimlə mübahisə edib. Məlum hadisə günü, saat 16 radələrində evdə olan zaman mənimlə Sevil arasında yenə sözlə mübahisə baş verdi. Sonra o, evdən çıxaraq getdi. Mən isə uşaqlarımın arxasınca məktəbə getdim. Lakin uşaqlar məktəbdə olmayıb. Bundan sonra uşaqlarımı görmək üçün qayınatamın evinə getdim. Mən onların evində olan zaman qarşıma qayınatam və qayınanam çıxdı. Onlara uşaqlarımı görmək istədiyimi bildirdim. Bu zaman Əsmər kobud cavab verərək üstümə hücum etdi, əynimdə olan gödəkçəni cırdı. Mən də özümü müdafiə etmək məqsədilə onu əlim ilə itələməyə başladım. Həmin vaxt qayınatam bizi araladı. Mən evimə getdim”.
Təqsirləndirilən şəxs bildirib ki, 2012-ci ildə Sevil ilə ailə qurub və onların iki uşağı olub. Onun sözlərinə görə, mübahisə zamanı özü heç bir bədən xəsarəti almayıb. O, ifadəsinin sonunda zərərçəkmişlə barışdığını, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib. 
Zərərçəkmiş Əsmərin sözlərinə görə, məlum hadisə günü saat 18 radələrində evdə olan zaman qızı Sevil gəlib: “Söhbət zamanı onunla əri Oqtay arasında yenə mübahisə baş verdiyini, ona görə də evdən qaçaraq bizə gəldiyini dedi. Təxminən 15-20 dəqiqə sonra Oqtay gələrək səs-küy saldı. Oqtayı sakitləşdirmək istəyən zaman mənə bədən xəsarətləri yetirdi. Bundan sonra küçədən daş parçası ilə evin pəncərəsini vuraraq sındırdı. Daha sonra həyat yoldaşım Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat verdi”. 
Kürdəmir Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilib. Buna əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə  xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Mart 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri