Icma.az
close
up
RU
Uşağı varsa, Katolikos ola bilməz: Paşinyanın II Qareginlə bağlı yeni paylaşımı

Uşağı varsa, Katolikos ola bilməz: Paşinyanın II Qareginlə bağlı yeni paylaşımı

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əgər məlum olsa ki, II Qaregin subaylıq və bakirəlik əhdini pozaraq övlad sahibi olubsa, o zaman bütün ermənilərin Katolikosu ola bilməz.

Bizimyol.info xəbər verir ki, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib. O, sosial şəbəkədə erməni ruhaniyyətinin “mənəvi siması” ilə bağlı silsilə paylaşımlarına davam edərək bu barədə yazıb.

Paşinyan qeyd edib ki, hər bir şəxsin şəxsi və ailə həyatına dair məxfiliyinə hörmətlə yanaşır. Amma bütün ermənilərin Katolikosunun belə bir şəxsi həyatı ola bilməz, deyə vurğulayıb. “Mən bu məsələyə Ermənistan Apostol Kilsəsinin davamçısı olaraq toxunuram, çünki burada mənəvi təhlükəsizlik problemi görürəm. Eyni zamanda Ermənistanın baş naziri olaraq deyirəm ki, bu, dövlət təhlükəsizliyi problemidir,” – deyə hökumət başçısı bildirib.

Onun sözlərinə görə, Əçmiədzin Baş Qərargahı (Katolikosluq) bu məsələyə dair aydın mövqe nümayiş etdirməlidir.

Xatırladaq ki, mayın 29-da hökumət iclasında çıxış edən Nikol Paşinyan bildirmişdi ki, Ermənistan kilsələri “köhnə əşyalarla dolu anbarları” xatırladır. Ertəsi gün isə o, sosial şəbəkələrdə sərt ifadələr işlədərək erməni apostol kilsəsinin bəzi yepiskoplarını əxlaqsızlıqda ittiham edib. Baş nazir bəyan edib ki, subaylıq əhdini pozmuş bütün ruhanilər ruhani vəzifədən kənarlaşdırılmalıdır.

Eyni məzmunlu sərt fikirlərlə baş nazirin həyat yoldaşı Anna Akopyan da çıxış edib. O, patriarxı “əsas mafioz” adlandırıb və kilsələrin “anbara” çevrilməsini tənqid edənləri isə “ölkənin əsas pedofilləri” kimi təqdim edib. Bu açıqlamalar ruhani çevrələrdə ciddi narazılıqla qarşılanıb.

Yaranan qalmaqal fonunda baş nazir Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilmə qaydasının dəyişdirilməsini təklif edib. Yeni sistemə görə, dövlət seçkilərdə həlledici səsə sahib olmalı və namizədlər etik baxımdan yoxlanılmalıdır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 İyun 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see208

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see198

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see168

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see160

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see154

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see139

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see134

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see134

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see133

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see126

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see124

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see123

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see123

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see123

Kamçatkada 6 ballıq zəlzələ oldu

02 Sentyabr 2025 16:12see123

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see122

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see120

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see120

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see120

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri