Icma.az
close
up
RU
Uşağım qoç bürcü olsun! Dəbə çevrilən qeysəriyyənin TƏHLÜKƏLƏRİ

Uşağım qoç bürcü olsun! Dəbə çevrilən qeysəriyyənin TƏHLÜKƏLƏRİ

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda son illər qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşa üstünlük verənlərin sayında artım müşahidə edilir. Bir çox hallarda bu üsula tibbi zərurətdən müraciət edilsə də, bəzən belə bir zərurət olmadan, şəxsi səbəblərə görə ailələr qeysəriyyə əməliyyatını seçirlər.

Ölkəmizdə bəzən ailələr sadəcə şəxsi arzuları əsasında qeysəriyyəyə üstünlük verirlər. Bunlar arasında ən maraqlı nümunələrdən biri uşağın doğum tarixinin xüsusi rəqəmlərə uyğunlaşdırılmasıdır. Məsələn, 11.11, 22.02 kimi rəqəmlərin xüsusi mənası olduğuna inanan ailələr bu tarixlərdə doğum üçün qeysəriyyəyə müraciət edirlər.

Hətta övladının bürcünün nə olacağına qərar verən ailələr də var. Nümunə üçün qeyd edək ki, övladının liderlik xüsusiyyətlərinə malik qoç bürcünün aid olduğu ayda doğulmasını arzulayır və bu səbəbdən əməliyyatı konkret tarixə planlaşdırırlar.

Qeysəriyyə ilə doğuma üstünlük verənlər arasında təbbi doğuşdan qorxan, bu üsulun asan olduğuna inanan qadınlar da üstünlük təşkil edir.

Mövzu ilə bağlı Modern.az-ın suallarını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru, dosent Aynurə Əmirova cavablandırıb.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan “Qeysəriyyə kəsiyi əməliyyatına dair” kliniki protokolda göstərişlər arasında ananın istəyi ilə əməliyyatın icra olunması yoxdur:

“Qeysəriyyə kəsiyi yalnız tibbi göstərişlər əsasında olmalıdır. Planlı qeysəriyyə əməliyyatının icrası həmin kliniki protokola əsasən tək döllü hamiləlik zamanı hamiləliyin 39-cu həftəsində, əkiz döllü hamiləlikdə isə 38-ci həftədə icra olunması məsləhət görülür. Bu dölün ciyərlərinin hazır olması ilə bağlı seçilir. Əgər əməliyyat daha erkən həftələrdə icra olunursa yenidoğulmuşda ağciyərlərin tam yetişməməsi, distress sindromun inkişaf etməsi müşahidə oluna bilər”.

A.Əmirova bildirib ki, çox zaman da əgər planlı qeysəriyyə əməliyyatı 39-cu həftədən tez icra olunursa yenidoğulmuşların tranzitor taxitnoyası diaqnozu ilə ya intensiv terapiya palatasına, ya da yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilə bilər:

“Belə fəsadların yaranmaması üçün tövsiyə olunur ki, 39-cu həftədə sırf qeysəriyyə əməliyyatı planlı olan halda icra olunsun. Təbii ki, əgər təcili hallar varsa 39-cu həftə gözlənilmir və hər zaman lazımi müdaxilənin vaxtında icra olunması öncəlikdir”.

Bürcə, xüsusi rəqəmlərə görə uşaq dünyaya gətirənlərlə bağlı saytımıza danışan sosioloq Mail Yaqub isə bildirib ki, cəmiyyətdə belə çatışmazlıqlar var:

“İnsan həyatının əsas məsələlərini bir kənara qoyaraq təfərrüata, haşiyəyə gedir. Bəzən insanlar həyatında əsas şeylərlə xoşbəxt ola bilmir. Bu zaman da özünü xoşbəxt etmək üçün bu cür cılız şeylərə sığınır. İnsan həyatında işi ilə, dostları ilə, ailəsi ilə, ona verilən dəyər ilə, qazandığı uğurlar ilə xoşbəxt olmalıdır. Belə insanlar sanki bunların heç birini qazana bilmədiyi üçün belə düşünür ki, bu onu xoşbəxt edə biləcək. Bu boğulan insanın saman çöpünə yapışıb qalması kimi belə absurd, mənasız şeylərə yapışıb qalırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri