Icma.az
close
up
RU
Uşağın cinsinin planlaşdırılması realdır?

Uşağın cinsinin planlaşdırılması realdır?

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir.

Qadınların xromosom dəsti – 46XX, kişilərin – 46XY. 44 xromosom hər insanın bütün xüsusiyyətlərindən (gözlərin, saçların, dərinin rəngi, maddələr mübadiləsi və s.) məlumat daşıyır, qalan 2 xromosom isə – cinsi xromosomlardır.

Spermatozoid və yumurta hüceyrəsində 23 sayda xromosom olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom. Qadınlarda bütün yumurta hüceyrələrində yalnız bir X cinsi xromosomu (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidi isə ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).

Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti (genotipi) formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.

Yumurta hüceyrəsi X-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) doğulacaq. Buna görə də kişilərin doğulmuş körpənin cinsinə aid qadınlara olan “narazılığının və iddiasının” heç bir əsası yoxdur. Məhz eyni səbəbdən körpənin cinsinin planlaşdırılması üzrə anaya - onun yaşına, doğum tarixinə, pəhrizinə və s. xüsusiyyətlərinə aid olan bütün hesablamalar da əsassız və yanlış hesab edilməlidir («yeni qan», «qanın yeniləşməsi» və s. «üsulları»).

Uşağın cinsinin planlaşdırmasının real üsulu X və Y spermatozoidlərinin bir-birindən fərqlənən xüsusiyyətlərinə əsaslanır. Belə hesab olunur ki, X-xromosom olçülərinə və ağırlığına görə Y-xromosomdan dəfələrlə artıq olur. Ona görə də X-spermatozoidlər bir qədər ləng olsalar da həyat qabiliyyətinə və davamlılığına görə Y-spermatozoidlərdən daha güclüdürlər.

Spermatozoidlə mayalanma yalnız yumurta hüceyrəsinin yumurtalıqdan çıxmasından sonra (ovulyasiya) baş verə bilər. Yumurta hüceyrəsi öz həyat qabiliyyətini ovulyasiyadan sonra yalnız 1-2 gün saxlayır. Əgər cinsi akt ovulyasiyadan bir neçə gün qabaq olmuşsa, çox ehtimal ki, qız uşağı doğulacaqdır. Çünki bu zaman qadının cinsi yollarında yalnız daha uzun omürlü, davamlı və güclü olan X-spermatozoidləri qalmış olur. Əgər ana və ata tərəfindən ovulyasiya günü düzgün müəyyən edilərsə və ovulyasiyaya qədərki 1 həftə ərzində onlar cinsi əlaqədə olmayaraq yalnız ovulyasiya günü cinsi əlaqədə olarlarsa, bu zaman oğlan uşağının doğulacağı daha çox ehtimal oluna bilər. Çünki daha yüngül və daha hərəkətli olan Y-spermatozoidlər yumurta huceyrəsinə daha tez çataraq (daha ağır və ləng olan X-spermatozoidləri qabaqlayaraq) onu mayalandırır.

Bu metod 100% dəqiq olmasa da, daha düzgün və effektli sayıla bilər.

Dölün cinsinin planlaşdırılması zamanı bu üsuldan istifadə edərkən ovulyasiya gününü dəqiq hesablamaq lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, keçirilən streslərin təsirindən, antibiotiklərin qəbulundan, iqlim dəyişməsi nəticəsində ovulyasiya günü bəzi hallarda dəyişə bilər.

EKM - ekstrakorporal mayalanma - ösulu çərçivəsində lazer texnologiyasının köməkliyi ilə spermatozoidləri X və Y-növlərinə ayırmaq mümkündür. Ayrılmış X və ya Y-spermatozoid laborator şəraitdə (şüşə borusunda) yumurta hüceyrəsini mayalandırır. Sonra arzu edilən oğlan və ya qız rüşeymini əldə edərək onu qadının uşaqlıq boşluğuna daxil edirlər.

Qeyd edək ki, adı çəkilmiş üsulların heç biri arzu edilən nəticənin əldə edilməsinə 100% təminat vermir. Bundan başqa yadda saxlamaq lazımdır ki, cinsindən asılı olmayaraq ailədə sağlam uşağın doğulması ən əhəmiyyətli və xoşbəxt hadisədir.

Müqəddəs Quranda ALLAHIN adından belə deyilir:
“Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan bəxş edir” (əş-Şura, 49).
«Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir…» (Rad, 8)

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see266

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see257

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see250

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see244

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see233

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see232

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see230

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see227

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see222

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see218

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see217

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see213

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see200

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see196

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see191

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see191

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see191

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see182

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri