Icma.az
close
up
RU
Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri

Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müsəlmanlar ailəsində uşağın dünyaya gəlməsi bu ailənin həyatında ən böyük və mühüm hadisələrdən sayılır.

İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu səbəbdən xüsusi qayğı ilə bəslənilir və qorunur.

Şəriətin qanunlarına görə, yenidoğulmuş uşağın ilk eşitdiyi söz "Allah" sözü olmalıdır. Bunun üçün ata (bəzi hallarda baba, əmi) uşağın sağ qulağına azanın sözlərini, sol qulağına isə iqamənin sözlərini deməlidir. Bu adətin dərin mənası var. Məsələ burasındadır ki, insanın bu dünyada əsas düşməni olan şeytan yeni insanın dünyaya gəlməsini "səbirsizliklə" gözləyir ki, onu düz yoldan azdırmağa başlasın. Bu səbəbdən çox vacibdir ki, uşağın ilk eşidtiyi söz şeytanın vəsvəsəsi deyil, Allahın adı olsun. Bu insanın bütün gələcək həyatına təsir edəcək.

AZAN

Allahu Əkbər - Allah ən böyükdür! - 4 dəfə;
Əşhədu ən lə iləhə illəllah - Mən şahidlik edirəm ki, Allahdan başqa heç bir ilahi (ibadət olunmağa haqqı çatan) yoxdur! - 2 dəfə;
Əşhədu ənnə Muhammədən rasulullah - Mən şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir! - 2 dəfə;
Hayyə alə-s-saləh - Namaza tələsin! - 2 dəfə;
Hayyə alə-l-fələh - Səadətə qovuşmağa tələsin! - 2 dəfə;
Allahu Əkbər - 2 dəfə;
Lə iləhə illəllah - 1 dəfə.

İQAMƏ

Allahu Əkbər - 2 dəfə;
Əşhədu ən lə iləhə illəllah - 1 dəfə;
Əşhədu ənnə Muhammədən rasulullah - 1 dəfə;
Hayyə alə-s-saləh - 1 dəfə;
Hayyə alə-l-fələh - 1 dəfə;
Qad qamətis salət Artıq namaz başladı! - 2 dəfə;
Allahu Əkbər - 2 dəfə;
Lə iləhə illəllah - 1 dəfə.

Doğulduqdan 7 gün sonra uşağın saçları qırxılmalı və tərəzidə çəkilməlidir. Daha sonra isə kasıb və ehtiyacı olanlara saçların çəkisində olan qızıl və ya gümüş paylanmalıdır (saçların çəkisinə uyğun olan qızılın dəyəri pul şəklində də paylanıla bilər). Əgər yenidoğulmuşun başında tük yoxdursa, ehtiyacı olanlara istənilən məbləğdə sədəqə vermək olar.

Yenidoğulmuş uşaq üçün adın seçilməsi əhəmiyyətli bir məqamdır. Bəzilərin fikirinə görə, ad uşağa doğulduğu gün, digərlərin fikirinə görə isə - 7-ci gün verilməlidir. Lakin bu o dərəcədə önəmli sayılmır. Əsas məsələ uşağın valideynləri və yaxınları tərəfindən bu vacib işə olan münasibətdir. Məhəmməd peyğəmbər (s.a.s) deyirdi: "Uşaqlarınız üçün gözəl adlar seçin".

Uşağa verilən ad ləyaqətli olmalıdır, böyüdükdə uşaq öz adından utanmamalı və çəkinməməlidir. Uşağın adı bu ərazi üçün qeyri-adi olmamalıdır ki, gələcəkdə bu ad istehza üçün səbəb olmasın.

Adın mənası da gözəl olmalıdır. Mənası insanın mənfi cəhətləri, pis hadisələr və s. olan adları uşağa vermək olmaz. Deyirlər ki, Məhəmməd peyğəmbər (s.a.s) Asıya (itaətsiz, inad) adlı bir qıza yeni Cəmilə (gözəl) adı verib.

Müsəlmanlara öz uşaqlarına peyğəmbərlərin (Məhəmməd, Musa, İsa, Davud, Süleyman, Yusif, Zəkriyyə, İbrahim, İsmayıl, İlyas, İdris, Yaqub, Yahyə, Əyub və s.), peyğəmbərlərin həyat yoldaşlarının və anaların (Məryəm, Sara, Həcər və s.) adlarını vermək tövsiyə olunur.

Təbii ki, Məhəmməd peyğəmbərin (s.a.s) adı ən şərəfli adlardan sayılır. Deyirlər, ki əgər bir evdə Məhəmməd adı olan insan varsa, bu ev hər zaman ruzili və xoşbəxt olacaq (söhbət, təbii ki, mömin ailələrdən gedir).

Məhəmməd peyğəmbərin (s.a.s) ailəsindən və onun tərəfdarlarından (Əbu-Bəkir, Ömər, Osman, Əli, Hüseyn,Həsən, Aişə, Zəhra, Fatimə, Xədicə və s.) olan insanların adları da müsəlmanlar üçün yaxşı sayılır.

Bundan əlavə müsəlmanlara "əbd" (ərəb dilində "əbd" - "qul" deməkdir) sözündən başlayan və Allahın 99 adlarından biri ilə qurtaran adların uşaqlara verilməsi də tövsiyə olunur. Məsələn, Əbdulla (Allahın qulu), Əbdürrəhman, Əbdürrəhim və s. Lakin bu halda Allahın adlarından başqa digər adları istifadə etmək olmaz. Bunun səbəbi insanın yalnız Allahın qulu olmasıdır.

Şəriətə uyğun olaraq, uşağa görə Allaha öz minnətdarlığını bildirmək məqsədi ilə ailə Allah yolunda qurban kəsməlidir. Uşağın doğulmasının 7-ci günü qız üçün 1 qoyun, oğlan üçün isə 1-2 qoyun kəsilməli və kasıb, xəstə, ehtiyacı olan, yetimlər arasında paylanmalıdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri