Icma.az
close
up
RU
Uşağın hissləri görməzdən gəlinəndə təhlükə başlayır Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

Uşağın hissləri görməzdən gəlinəndə təhlükə başlayır Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbdə silahlı insident törədərək 9 nəfərin ölümünə səbəb olub.

Xatırladaq ki, bu hadisəyə bənzər hadisə ölkəmizdə də yaşanmışdı. "İdrak" liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının tüfəngi ilə riyaziyyat müəllimi Şəhla Kamilovaya odlu silahdan atəş açaraq yaralamışdı.

Gənclərin bu kimi hadisələri törətməsinə səbəb nədir?

Redaktor.az-a açıqlama verən psixoloq Nabat Mirzəyeva bildirdi ki, son illərdə yeniyetmələr arasında müşahidə olunan aqressiv hadisələr və ağır davranış pozuntuları cəmiyyətdə haqlı bir narahatlıq doğurur:

"Bu cür halları tək bir səbəblə izah etmək mümkün deyil. Burada psixoloji, sosial, mühit və rəqəmsal faktorların kəsişməsi mühüm rol oynayır. Problemin kökünə endikdə, ilk növbədə ailə mühitinin təsirini görmək mümkündür. Uşağın böyüdüyü mühitdə zorakılıq, emosional soyuqluq, sevgisizlik və ya aşırı təzyiq mövcuddursa, bu, uşağın daxili gərginliyini artırır. Xüsusilə uşağın hisslərinin görməzdən gəlinməsi və özünü ifadə edə bilməməsi nəticəsində yığılan aqressiya, zamanla təhlükəli formalarda üzə çıxır. Bu proses birdən-birə deyil, kiçik psixoloji siqnalların illərlə toplanması nəticəsində baş verir".

Müsahibimiz əlavə etdi ki, valideyn nəzarətinin zəif olması və ya sərhədlərin düzgün müəyyənləşdirilməməsi bir risk faktorudur:

"Lakin burada söhbət kor-koranə qadağalardan deyil, izahlı və məntiqli sərhədlərdən gedir. Yeniyetməyə nəyi, nə üçün etməməli olduğu dürüst şəkildə izah edilməli, onun emosional ehtiyacları qarşılanmalıdır. Eyni zamanda, sosial şəbəkələrdə və filmlərdə nümayiş olunan zorakılıq səhnələrinin təsirini də unutmaq olmaz. Hər nə qədər hər zorakılıq izləyən yeniyetmə aqressivləşməsə də, daxili dünyasında psixoloji boşluq və gərginlik olan gənclər üçün bu görüntülər bir "model" rolunu oynaya bilir. Onlar gördükləri bu səhnələri normallaşdırmağa və öz həyatlarına tətbiq etməyə meyilli olurlar.

Yeniyetməlik dövrü özlüyündə bir kimlik axtarışıdır. "Mən kiməm?" sualına cavab axtaran yeniyetmə qəbul olunma və aid olma ehtiyacı duyur. Bu mərhələdə sosial təcrid, məktəb mühitində yaşanan problemlər və ya müəllim-şagird ünsiyyətindəki qopuqluq riskli davranışları aktivləşdirə bilər. Bu neqativ halların qarşısını almaq üçün valideynlər övladları ilə güvənə dayanan, mühakiməsiz və qınamasız bir ünsiyyət dili qurmalıdırlar. Uşaq hiss etməlidir ki, o, eşidilir və başa düşülür".

Psixoloq profilaktik tədbir kimi yeniyetmənin asudə vaxtının səmərəli təşkili, idman və ya müxtəlif hobbilər vasitəsilə sosial-emosional bacarıqlarının inkişaf etdirilməsi vacibliyini vurğuladı.

"Valideynlər övladlarının izlədiyi məzmunları onlarla birlikdə müzakirə etməli, virtual dünya ilə real həyat arasındakı fərqi onlara aydın şəkildə izah etməlidirlər. Unutmaq olmaz ki, şiddət və aşırı qəzəb heç bir halda qəbulolunmazdır. Əgər ailə daxilində bu problemlərin öhdəsindən gəlmək mümkün deyilsə, vəziyyət daha ağır fəsadlara yol açmadan mütləq mütəxəssis dəstəyinə müraciət edilməlidir".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Aprel 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri