Icma.az
close
up
RU
Uşağınız dərsə həvəsli deyil? Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ

Uşağınız dərsə həvəsli deyil? Psixoterapevtdən valideynlərə VACİB TÖVSİYƏ

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşağın dərsə marağının və öyrənmə motivasiyasının formalaşmasında ailədə yaradılan sağlam emosional mühit mühüm rol oynayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” proqramında Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, uşaq özünü ailədə təhlükəsiz, qəbul olunmuş və dəstəklənmiş hiss etmədikdə, onun öyrənmə motivasiyası sabit və davamlı ola bilməz.

“Ailədəki münasibətlər uşağın daxili dünyasının təməlini təşkil edir. Bu təməl zəif olduqda, məktəbdə əldə olunan nəticələr də dayanıqlı olmur. Bununla yanaşı, valideynlərin məktəblə sağlam və etibarlı əməkdaşlıq qurması uşağın inkişafına vahid yanaşma formalaşdırır. Uşaq görür ki, onun ətrafındakı böyüklər rəqabət deyil, əməkdaşlıq şəraitində hərəkət edirlər. Bu isə onda məsuliyyət, inam və sabitlik hissini gücləndirir. Belə mühitdə böyüyən uşaq üçün təhsil yalnız öhdəlik deyil, həm də özünü reallaşdırma prosesinə çevrilir”, – deyə R.Nəcəfov bildirib.

Psixoterapevt qeyd edib ki, dərs ilinin uğuru yalnız yüksək qiymətlərlə ölçülməməlidir.

“Əsl uğur uşağın məktəbə maraqla getməsi, sual verməkdən çəkinməməsi, çətinlik qarşısında ümidsizliyə qapılmaması və öyrənmə prosesindən zövq ala bilməsidir. Bu xüsusiyyətlər isə ilk növbədə evdə formalaşan emosional təhlükəsizlik hissindən qaynaqlanır. Özünü güvəndə hiss edən uşaq beyninin müdafiə rejimindən çıxaraq öyrənməyə, araşdırmağa və yaradıcı düşünməyə daha açıq olur”, – deyə klinik psixoloq vurğulayıb.

R.Nəcəfovun sözlərinə görə, valideynlərin uşağa verə biləcəyi ən güclü mesajlardan biri “Sənə inanırıq və bu yolda yanında olacağıq” fikridir.

“Bu yanaşma uşağın üzərindəki performans təzyiqini azaldır və məsuliyyət hissinin qorxu üzərindən deyil, daxili motivasiya əsasında formalaşmasına imkan yaradır. Belə olduqda məktəb yalnız bilik qazanılan məkan deyil, uşağın öz potensialını kəşf etdiyi, emosional və sosial baxımdan inkişaf etdiyi təhlükəsiz mühitə çevrilir”, – deyə psixoterapevt əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Sentyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri