Icma.az
close
up
RU
Uşağınıza gündə neçə saat telefon verə bilərsiniz? Cavab TƏƏCCÜBLƏNDİRƏCƏK

Uşağınıza gündə neçə saat telefon verə bilərsiniz? Cavab TƏƏCCÜBLƏNDİRƏCƏK

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Şübhəsiz, ekran vaxtının uşaqlara təsiri müasir dövrdə valideynlərin ən çox narahat olduğu mövzulardan biridir. “JAMA Pediatrics” (2023) araşdırmasına görə, hətta gündə cəmi 1 saat ekran qarşısında vaxt keçirmək uşaqlarda yuxu keyfiyyətini 30 faiz azaldır.

Lent.az xarici mediaya istinadla ekran vaxtının təsiri ilə bağlı araşdırmaların nəticəsini təqdim edir:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2 yaşa qədər uşaqlar üçün sıfır ekran vaxtı, məktəbəqədər uşaqlar üçün isə gündə maksimum 1 saat tövsiyə edir.

Amma reallıq fərqlidir. "Common Sense Media"nın araşdırmasına görə, orta hesabla bir yeniyetmə gündə 7 saatını sosial mediada keçirir. Bu, onların sosial münasibətlərinə də təsir edir. 

14 yaşlı Maksimin anası "Facebook"da yazır: “Bir həftə oğlumun telefonunu götürəndə o, mənə faşist dedi”.

Lakin ümidverici nəticələr də var. Kembric Universitetinin təcrübəsi göstərib ki, “rəqəmsal tətillər” tətbiq edən ailələr uşaqları ilə münasibətlərini 40 faiz yaxşılaşdırır.

Mütəxəssislərin tövsiyələri

Ən çox satılan “Rəqəmsal minimalizm” kitabının müəllifi Cal Nevport məsləhət görür:

“Qadağa qoymayın – alternativ yaradın. Gəzinti, stolüstü oyunlar, yemək bişirmək və s. Həyat maraqlı olduqda uşaqlar "TikTok"u unudurlar”.

Ən narahatedicisi isə Stenford Tibb Məktəbinin araşdırmasıdır:

Gündə 3 saatdan çox internetdə vaxt keçirən yeniyetmələrin tənha hiss etmə ehtimalı iki dəfə çoxdur.

16 yaşlı Vika “Zəng edən yeniyetmələr” podkastında etiraf edir: “Düşünürdüm ki, internetdə çoxlu dostum var. "Instagram"ı silənə və əslində zəng edəcək heç kimin olmadığını anlayana qədər”.

Həll yolu: Texnoloji detoks

Amerika Pediatriya Akademiyası ekran vaxtını tədricən azaltmaq üçün xüsusi proqramlardan istifadə etməyi tövsiyə edir.

Nümunə: 13 yaşlı Nikitanın atası deyir: “Biz 2 saat limit qoyduq – əvvəlcə qalmaqal oldu, amma bir aydan sonra oğlum özü kitab oxumağa başladı”.

Lakin unutmaq olmaz ki, bütün ekran məzmunları eyni dərəcədə zərərli deyil.

Oksford İnternet İnstitutu (2024) araşdırması ekran məzmunlarını iki yerə ayırıb:

- "Passiv" məzmun – sosial şəbəkələr, videolar (zərərli təsir göstərir).
- "Aktiv" məzmun – təhsil proqramları, proqramlaşdırma (orta dozada faydalıdır).

Nümunə: 12 yaşlı Sofiyanın anası deyir: “Qızım Duolingo vasitəsilə ingilis dilini öyrənir – bir il ərzində onun dil bacarıqları C-dən A səviyyəsinə qədər artdı”.

Əsas qayda: Yuxudan əvvəl 2 saat ekranlardan uzaq qalmaq

Ekranlardan yayılan mavi işıq melatonin istehsalını boğur, bu da xroniki yorğunluğa səbəb olur.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri