Icma.az
close
up
RU
USAID əməkdaşları xarici yardım proqramlarının maliyyələşdirilməsini pozublar Dövlət katibi

USAID əməkdaşları xarici yardım proqramlarının maliyyələşdirilməsini pozublar Dövlət katibi

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bəzi əməkdaşları Dövlət Departamentinin demək olar ki, bütün xarici yardım proqramları üçün 90 günlük maliyyələşdirmə qadağasını pozub.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Qvatemala prezidenti Bernardo Arevalo ilə keçirdiyi mətbuat konfransında bildirib.

"Xarici yardımın dayandırılması haqqında sərəncamlar verildikdən sonra belə, USAID-də hələ də bu əmrləri pozaraq ödənişlər etməyə çalışan şəxslər var idi"  - deyən Rubio əlavə edib ki, USAİD əməkdaşları Dövlət Departamentinin yeni rəhbərliyi ilə lazımi səviyyədə əməkdaşlığı nümayiş etdirməyib. Bununla bağlı dövlət katibi qeyd edib ki, onun departamenti buna cavab vermək məcburiyyətində qalıb, çünki onun əmrlərinə “mahiyyət etibarilə tabesizlik olub”. "Bu, xeyriyyə və ya şəxsi pul deyil. Bu, Amerika vergi ödəyicilərinin puludur", - dövlət katibi bildirib.

Bundan əvvəl ABC telekanalı məlumat vermişdi ki, Dövlət Departamenti USAID-in bütün əməkdaşlarını fevralın 8-dək xaricdəki missiyalardan geri qaytarmağı gözləyir. “Politico” qəzeti daha əvvəl yazıb ki, Amerika administrasiyası agentliyin Vaşinqton ofisinin demək olar ki, bütün əməkdaşlarını məzuniyyətə göndərmək niyyətindədir.

Fevralın 3-də ABŞ administrasiyası USAİD-in fəaliyyətini faktiki olaraq dayandırdı. ABŞ prezidenti Donald Trampın qərarı ilə bu strukturun müvəqqəti rəhbəri vəzifəsinə ABŞ dövlət katibi Marko Rubio təyin edilib. USAİD-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyini artırmaq, şişmiş hökumət aparatını azaltmaq və bürokratiya ilə mübarizə aparmaq üçün yeni agentliyə rəhbər təyin etdiyi İlon Maskın təşəbbüsü ilə həyata keçirilib.

Yanvarın 25-nə keçən gecə “Politico” xəbər verir ki, Rubio USAİD də daxil olmaqla, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin dərhal 90 gün müddətinə dayandırılması barədə göstəriş verib. Qeyd olunub ki, maliyyələşdirmə proqramlarının davam etdirilməsi, dəyişdirilməsi və ya dayandırılması ilə bağlı qərarlar Dövlət Katibi tərəfindən aparılan yoxlamanın nəticələrinə əsasən qəbul ediləcək.

Respublikaçı Tramp administrasiyasının Vaşinqtonun xarici siyasəti və ABŞ-nin digər ölkələrə təsir alətlərindən biri olan USAİD ilə bağlı hərəkətləri artıq Amerika Demokratik Partiyasının üzvləri arasında etiraz fırtınasına səbəb olub. USAID formal olaraq müstəqil agentlik olsa da, əslində ABŞ Dövlət Departamentinin tərkibində fəaliyyət göstərir.

Turan İSMAYIL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Fevral 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri