Icma.az
close
up
RU
USAID in bağlanmasının qlobal nəticələri

USAID in bağlanmasının qlobal nəticələri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müşfiq Ələsgərli,
XQ-nin media eksperti

ABŞ-ın Dövlət katibi Marko Rubio avqustun 29-da bəyan edib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesi üzərində nəzarət ABŞ İdarəetmə və Büdcə Ofisinin (OMB) direktoru Rassel Vought-a həvalə olunur. Rubio bu barədə statusu özünün “X” hesabında satirik üslubda paylaşıb: “Prezident Trampa zarafatla dedim ki, dörd işim var. O isə mənə dedi ki, işlərimdən birini dostum Rass Vought-a verim. Mən də elə etdim. Yanvardan bəri vergi ödəyicilərinin on milyardlarla dollarını qənaət etdik. Əsas proqramların kiçik bir paketi Dövlət Departamentinə verildikdən sonra USAID rəsmi olaraq ləğv rejiminə keçdi. İndi Rass bu prosesi idarə edir. Təbriklər, Rass!”

Amma hansı üslubdan istifadə etməsinin fərqi yoxdur. İstənilən halda bu açıqlama ABŞ-ın xarici yardım sistemində onilliklər boyu əsas rol oynamış bir qurumun rəsmi olaraq tarixə qovuşması deməkdir. Beynəlxalq media, o cümlədən BBC, Reuters, Associated Press xəbəri təsdiqləyiblər. Reuters-in məlumatına görə, 2025-ci ilin 1 iyulundan etibarən USAID xarici yardım proqramlarını dayandırıb, onların idarəsi Dövlət Departamentinə verilib. “Business Insider” isə bildirir ki, bu il USAID-in təxminən 83 faiz proqramı rəsmən ləğv olunub.

USAID-in “tarixi missiyası”

1961-ci ildə prezident Con Kennedinin sərəncamı ilə yaradılmış USAID ABŞ-ın ən böyük beynəlxalq yardım və inkişaf qurumu idi. Quruluş məqsədi rəsmi sənədlərdə “dünyanın müxtəlif regionlarında iqtisadi inkişafı dəstəkləmək, humanitar yardımlar çatdırmaq və demokratiyanın təşviqi” kimi qeyd olunurdu.

Fəaliyyətinin zirvə dövrlərində USAID-in illik büdcəsi təxminən 50 milyard dollar təşkil edirdi. Bu vəsait 120-dən çox ölkədə minlərlə layihənin maliyyələşdirilməsinə sərf olunurdu. Layihələr arasında ərzaq yardımı, səhiyyə, təhsil, infrastruktur bərpası və seçkilərin təşkili kimi fəaliyyətlər ön planda idi.

Amma təşkilatın gerçək rolu barədə müxtəlif yanaşmalar mövcud idi. Tənqidçilərin fikrincə, USAID yalnız humanitar qurum olmayıb, eyni zamanda ABŞ-ın siyasi və strateji maraqlarını həyata keçirən bir mexanizm kimi çalışıb.

“Yumşaq güc” aləti və gizli missiyalar

Müasir beynəlxalq münasibətlərdə “yumşaq güc” anlayışı bir dövlətin başqa ölkələrə hərbi müdaxilə olmadan təsir göstərməsi deməkdir. USAID məhz ABŞ-ın bu siyasətində əsas vasitə rolunu oynayırdı. Agentlik illər boyu qrant proqramları vasitəsilə ayrı-ayrı ölkələrdə QHT-ləri, media qurumlarını, jurnalistləri və siyasi təşkilatları dəstəkləyib. Bu yolla ictimai rəyə təsir göstərərək ABŞ siyasətlərinə rəğbət formalaşdırmağa çalışıb. Bir çox hallarda isə bu dəstəklər həmin ölkələrin daxili siyasi proseslərinə müdaxilə kimi qiymətləndirilib.

Məsələn, Latın Amerikası ölkələrində USAID-in dəstəklədiyi təşkilatlar müxtəlif etiraz hərəkatlarının maliyyələşdirilməsində rol oynayıb. Şərqi Avropada isə müxalif siyasi partiyalar və vətəndaş cəmiyyətləri ondan maddi dəstək alıblar. Bu səbəbdən Rusiya, Çin, Venesuela və digər ölkələr USAID-in fəaliyyətini “casusluq” və “xarici təsir” vasitəsi adlandıraraq, fəaliyyətinə qadağa qoyublar. Gürcüstan, Azərbaycan və başqa ölkələr də USAID-in fəaliyyətindən narazılıq ifadə ediblər. Rəsmi Bakı USAID-in yerli ofisini 2024-cü ilin yayında qapadıb.

ABŞ daxilində qalmaqallar

USAID-in fəaliyyəti yalnız xarici ölkələrdə deyil, ABŞ daxilində də mübahisələr doğurub. Dövlət Katibi Marko Rubio martın 9-da apardığı təhqiqatların nəticələrini açıqlayarkən bildirdi ki, agentliyin 5200 müqaviləsi araşdırılıb və onların böyük hissəsinin “ABŞ milli maraqlarına xidmət etmədiyi, bəzən isə əksinə, zərər vurduğu” müəyyən olunub.

Rubioya görə, bu layihələr ümumilikdə proqramların 83 faizini təşkil edib. Ləğv edilən müqavilələrin dəyəri on milyardlarla dollar idi.

Digər tənqidçilər isə deyirdilər ki, USAID son illər ərzində ABŞ daxili siyasətinə də qarışmağa başlamışdı. Agentliyin rəhbərliyinin Demokrat Partiyasının mövqeyindən çıxış etməsi, Donald Trampın prezident seçkilərində məğlubiyyəti üçün müəyyən layihələrə maliyyə ayırması barədə iddialar səslənib. Media araşdırmalarına görə, hətta USAID Tramp əleyhinə kompromatların hazırlanması üçün milyonlarla dollar ödəniş edib.

USAID üçün “pocket rescission” metodu

Donald Tramp hakimiyyətə gəldiyi gündən ABŞ-ın xarici yardımlarını “səmərəsiz xərclər” adlandıraraq onların azaldılmasını prioritet elan etmişdi. Onun administrasiyası “pocket rescission” adlanan büdcə alətindən istifadə edərək Konqresin razılığı olmadan da xərcləri ixtisar etməyə çalışırdı.

USAID-in bağlanması bu siyasətin məntiqi davamıdır. Tramp və onun tərəfdarları hesab edirlər ki, ABŞ xaricə milyardlarla dollar xərcləmək əvəzinə, bu vəsaitləri ölkə daxilində sosial və iqtisadi problemlərin həllinə yönəltməlidir.

USAID-in bağlanmasının qlobal nəticələri

USAID-in fəaliyyətinə rəsmi xitam verilməsi ABŞ-ın qlobal siyasətində mühüm dönüş nöqtəsidir. Bir tərəfdən bu, Vaşinqtonun beynəlxalq arenada ən böyük “yumşaq güc” alətlərindən birindən imtina etməsi deməkdir. Digər tərəfdən isə ABŞ öz təsir imkanlarını başqa mexanizmlərlə davam etdirə bilər. Hazırda USAID-in davam edən azsaylı proqramları Dövlət Departamentinə inteqrasiya olunub. Bu isə ABŞ diplomatiyasının daha birbaşa və açıq formada həyata keçiriləcəyinə işarədir.

Amma sual açıq qalır: ABŞ bundan sonra hansı institut və ya metodlarla qlobal təsirini qoruyacaq? Ekspertlər ehtimal edirlər ki, bu missiya qismən Dövlət Departamentinin beynəlxalq əməkdaşlıq strukturlarına, qismən isə özəl fondlara (məsələn, NED – National Endowment for Democracy) ötürüləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Avqust 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri