USAID in maliyyəsi Gürcüstanda inqilablar üçün istifadə olunub Kobaxidze
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“USAID-in maliyyəsi xeyriyyə məqsədləri üçün deyil, bu və ya digər ölkədə, o cümlədən Gürcüstanda da konkret olaraq inqilablar təşkil etmək, iğtişaşlar yaratmaq və ölkədə sabitliyi pozmaq üçün istifadə edilib”.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, USAID-in maliyyələşdirilməsinin üç ay müddətinə dayandırılmasını alqışlayıb.
“Bizim üçün bu müddətin davamlı olması vacibdir. USAID Gürcüstandakı vəziyyəti pozmağa, səslərin paralel sayılmasının saxtalaşdırılmasına, inqilabi prosesləri birbaşa dəstəkləməyə bir daha cəhd etməməlidir. Ümid edirik ki, maliyyələşmənin üç ay müddətinə dayandırılması mexanizmi sona qədər qüvvədə qalacaq”, - İ.Kobaxidze söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 05 Fevral 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















