Icma.az
close
up
RU
USAID nin QARANLIQ TƏRƏFİ: “Əl Qaidə”yə yardım, LGBT nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA…

USAID nin QARANLIQ TƏRƏFİ: “Əl Qaidə”yə yardım, LGBT nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA…

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya siyasətində informasiya müharibələrinin təsiri artdıqca bu sahədə fəaliyyət göstərən beynəlxalq qurumların rolu da daha aydın görünür. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bu qurumlardan biridir və onun həyata keçirdiyi layihələr təkcə iqtisadi və sosial inkişafa yönəlmir, həm də müəyyən geosiyasi məqsədlərə xidmət edir.

Rəsmi məlumatlara əsasən, USAID indiyə qədər 707 media qurumunu, 6.200 jurnalisti və 279 jurnalistika sahəsində fəaliyyət göstərən QHT-ni maliyyələşdirib. Bu rəqəmlər agentliyin informasiya məkanında nə dərəcədə güclü təsir imkanlarına sahib olduğunu göstərir. Həmin dəstəyin hansı məqsədlə istifadə edildiyini isə beynəlxalq informasiya axınlarına nəzər yetirəndə daha aydın görmək mümkündür.

Azərbaycanda isə USAID-nin rolu, xüsusilə 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsindən sonra hiss olunmağa başladı. Müsabiqə ərəfəsində və sonrasında beynəlxalq mediada ölkəmizə qarşı sistemli təbliğat aparıldı. Daha sonra 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq informasiya platformalarında Ermənistanın maraqlarına uyğun materialların geniş yayılması da bu dəstəyin təsadüfi olmadığını sübut edir. Eyni hal Laçın yolundakı ekoloji aksiyalar zamanı da müşahidə edildi. COP29 ərəfəsində isə Azərbaycana qarşı qlobal səviyyədə təşkil olunmuş qarayaxma kampaniyası, əsasən, Qərbdən maliyyələşən media strukturlarının iştirakı ilə həyata keçirildi. Bütün bunlar göstərir ki, USAID və ona bağlı olan informasiya şəbəkəsi təkcə mediaya dəstək vermir, həm də strateji maraqlara uyğun olaraq məlumat axınını yönləndirir.

Mediaya və informasiya məkanına təsir göstərmək USAID-nin əsas fəaliyyət sahələrindən biri olsa da, agentliyin maliyyələşdirdiyi digər layihələr də ciddi müzakirələrə səbəb olur. Son dövrlərdə yayılan rəsmi məlumatlarda bu qurumun qlobal miqyasda həyata keçirdiyi bir sıra mübahisəli təşəbbüslər diqqət çəkir. Məsələn, USAID Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrə alınması layihəsinə vəsait ayırıb. Lakin araşdırmalar göstərir ki, bu sistem, əsasən, narkotik istehsalında istifadə edilib və qeyri-qanuni fəaliyyətin genişlənməsinə xidmət edib. Bu isə dolayısı ilə beynəlxalq narkotik ticarətinə təsir edən ciddi bir faktor kimi qiymətləndirilir.

Bundan başqa, USAID-nin “Əl-Qaidə” üçün 10 min porsiya yemək ayırması faktı da ciddi mübahisələr doğurub. Qlobal terrorizmlə mübarizəni əsas məqsədlərindən biri elan edən ABŞ hökumətinin nəzarətində olan bir qurumun bu cür maliyyələşdirmələr həyata keçirməsi isə ciddi suallar yaradır. Həmçinin agentlik müxtəlif ölkələrdə gender və LGBT layihələrinə böyük həcmdə vəsait ayırır. Məsələn, Kolumbiyada transgender operasının maliyyələşdirilməsi, Peruda transgender komikslərinin hazırlanması, İrlandiyada LGBT tematikalı musiqili tamaşaların təşkil edilməsi, Qvatemalada cinsi dəyişiklik əməliyyatlarının dəstəklənməsi və inkişaf etməkdə olan ölkələrdə kontraseptivlərin fərdiləşdirilməsi kimi layihələrə milyonlarla dollar ayrılıb.

Bu layihələrin ümumi mənzərəsi göstərir ki, USAID-nin fəaliyyəti bəzən real sosial problemlərin həllindən çox, müəyyən ideoloji gündəmi irəlilətmək məqsədinə xidmət edir. Bu da agentliyin “inkişaf və yardım” çərçivəsində fəaliyyət göstərdiyini iddia etməsinə baxmayaraq, onun əsl məqsədlərinin daha dərin və bəzən mübahisəli olduğunu sübut edir.

Yeri gəlmişkən, USAID-nin fəaliyyəti təkcə inkişaf proqramları ilə məhdudlaşmır. Əksinə, bu qurum uzun illərdir ki, ABŞ-nin geosiyasi strategiyalarının həyata keçirilməsində mühüm vasitə rolunu oynayır. Agentliyin müxtəlif ölkələrdə həyata keçirdiyi layihələrin nəticələri göstərir ki, USAID müəyyən regionlarda siyasi sabitliyi pozmağa, sosial iğtişaşlar yaratmağa və hökumətlərə təzyiq mexanizmi kimi istifadə olunmağa çalışır. Bu baxımdan, Bayden administrasiyasının və Samanta Pauerin rəhbərlik etdiyi dövr USAID-in tarixində ən çox tənqid olunan və mübahisəli mərhələlərdən biri kimi yadda qalacaq. Çünki bu dövrdə agentliyin ideoloji xarakteri daha da güclənib, onun fəaliyyət istiqamətləri isə yalnız inkişaf və humanitar yardımla məhdudlaşmayan, eyni zamanda da geosiyasi manipulyasiya alətinə çevrilən struktura bənzəyib.

Gələcəkdə USAID-nin fəaliyyəti ilə bağlı daha çox faktın ortaya çıxacağı istisna edilmir. Xüsusilə agentliyin qlobal miqyasda informasiya müharibələrində oynadığı rol və onun təsir etdiyi ölkələrdəki siyasi proseslər daha dərindən araşdırıldıqca, bu qurumun həqiqi missiyası barədə yeni müzakirələrin açılacağı gözlənilir. Ancaq bir həqiqət artıq aydındır: USAID yalnız humanitar yardım təşkilatı deyil. O, həmçinin informasiya axınını yönləndirmək, cəmiyyətlərdə sosial və ideoloji dəyişikliklər yaratmaq və ABŞ-nin qlobal strategiyalarını həyata keçirmək üçün sistemli şəkildə fəaliyyət göstərən bir institutdur.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 08 Fevral 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri