USAID qara əməlləri FİASKOYA UĞRADI: “İtirəcəyimiz heç nə yoxdur”
Icma.az xəbər verir, Yenicag saytına əsaslanaraq.
“Belə təşkilatların törətdiyi fəsadları Ukrayna başda olmaqla, digər ölkələrdə də açıq-aşkar görürük”.
Bunu Yenicag.az-a açıqlamasında USAID-nin fəaliyyətinin dayandırılmasının Azərbaycan və digər dövlətlərə müsbət nəticələrindən danışan Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, belə təşkilatlar, xüsusilə media və qeyri-hökumət təşkilatlarında kök salaraq, dövlətlərin daxili işlərinə qarışmağa çalışırlar:
“Azərbaycan isə müstəqil siyasəti olan ölkədir. Bu səbəbdən, heç kəs onun daxili işlərinə müdaxilə edə bilməz. Belə bir şeyə cəhd isə qətiyyən arzuolunan deyil. Əlavə olaraq, bizim istənilən layihəni reallaşdırmaq üçün kifayət qədər resursumuz və potensialımız var. Həmçinin bizə maliyyə şəffaflığı maraqlıdır. Ölkəmizə daxil olan hər bir maliyyənin məqsədi və xərclənmə istiqamətini bilmək üçün ciddi nizam-intizam yaradırıq. Bir sözlə, bu sahədə atılan addımlar çox düzgündür. Belə təşkilatların törətdiyi fəsadları Ukrayna başda olmaqla, digər ölkələrdə də açıq-aşkar görürük. Qısacası, itirəcəyimiz heç nə yoxdur”.
Nəsimi Ələsgərli
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















