Icma.az
close
up
RU
USAİD tarix olur: Qurumun ləğvi ABŞ nin beynəlxalq arenadakı statusunun möhkəmləndirəcək

USAİD tarix olur: Qurumun ləğvi ABŞ nin beynəlxalq arenadakı statusunun möhkəmləndirəcək

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Tramp administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) üzrə xaricdəki bütün nümayəndəlikləri 30 sentyabradək ləğv edəcək. “The Guardian“ bildirir ki, ötən gün dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq işçi heyətinin ləğv edilməsini və xarici yardım proqramlarının idarəçiliyinin birbaşa Dövlət Departamentinə verilməsinə göstəriş verib. Bu göstəriş dünyada yüzlərlə USAID əməkdaşına, o cümlədən xarici xidmət məmurlarına, podratçılara və 100-dən çox ölkədə yerli işçilərə şamil edilir. ABŞ səfirliklərinin missiya rəhbərlərinə dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazırlaşmaları tapşırılıb. Daxili sənəddə prosedurların sadələşdirilməsi fonunda USAID-da bütün xarici vəzifələrinin ləğv edildiyi və 15 iyundan etibarən əvvəllər USAID-in həyata keçirdiyi xarici yardım proqramlarına cavabdehliyin birbaşa Dövlət Departamentinə ötürüldüyü bildirilir.


Politoloq Sultan Zahidov Sherg.az-a bildirib ki, ötən gün ABŞ Dövlət Katibi Marko Rubio USAID ilə bağlı mühüm qərar verdi:


“Bu qərara əsasən, sentyabrın 30-na qədər USAID-in bütün xaricdəki fəaliyyətləri ləğv ediləcək, təxminən 10 min əməkdaşı işdən azad olunacaq. Eyni zamanda, USAID-in indiyədək öz üzərinə götürdüyü funksiyalar, o cümlədən xarici ölkələrə yardımını birbaşa Dövlət Departamenti tərəfindən icra olunacaq. Bu qərar, əslində, bir neçə mühüm məqamı özündə ehtiva edir. Donald Tramp hakimiyyətə gəldikdən sonra USAID-in üzərində ciddi nəzarət mexanizmləri tətbiq olunmağa başlanıldı. Qurumun bəzi əməkdaşları vəzifədən azad edildı, onun fəaliyyətinə ayrılan maliyyə vəsaitləri isə donduruldu. Tramp administrasiyası hesab edirdi ki, USAID ABŞ dövlətinə fayda vermək əvəzinə daha çox ziyan vuran bir qurumdur. Uzun illər ərzində xarici ölkələrə böyük məbləğlərdə ianələr edən bu qurumun fəaliyyəti, nəticə etibarilə, dövlət büdcəsinə yük olub, ölkəyə isə real fayda gətirməyib. Bu yardımlar əsasən ABŞ vətəndaşlarının vergiləri hesabına maliyyələşdirilirdi. Bu səbəbdən də USAID-in fəaliyyətinin dayandırılması Tramp administrasiyasının prioritet istiqamətlərindən biri idi. Digər tərəfdən, qurum ABŞ daxilində də bir növ Çin dövlətini xatırladırdı. Belə ki, bir çox əməliyyatlarını Dövlət Departamentindən gizli şəkildə həyata keçirirdi. Müxtəlif ölkələrdə çevrilişlərin maliyyələşdirilməsi, ABŞ maraqlarına uyğun şəxslərin dəstəklənməsi və digər dövlətlərdə qeyri-qanuni layihələrin icrası kimi fəaliyyətlər USAID-in adının hallandığı məsələlər sırasında idi. Bu baxımdan hesab olunur ki, USAID bəzən Dövlət Departamentinin səlahiyyətlərini mənimsəyərək özbaşına və səlahiyyəti aşan addımlar atıb. Nəticədə isə bu cür fəaliyyətlər ABŞ ilə həmin ölkələr arasında münasibətlərin pisləşməsinə səbəb yaradıb. Hazırda Cənubi Qafqazda USAID-in demək olar ki, mövcud olmamasının əsas səbəblərindən biri də məhz budur. Yalnız Cənubi Qafqazda deyil, Şərqi Avropa ölkələrində, Hindistanda, Orta Şərqdə və digər bölgələrdə də USAID-lə bağlı ciddi narazılıqlar mövcuddur. Bu qurum əslində ABŞ-nin milli maraqlarına deyil, özünün müəyyən etdiyi prioritetlərə uyğun hərəkət etdiyi üçün sonda Vaşinqton tərəfindən “qara siyahıya” salındı. Bununla yanaşı, qurumun xarici ölkələrin daxili işlərinə fəal müdaxiləsi ABŞ-nin həmin ölkələr qarşısında beynəlxalq nüfuzuna da mənfi təsir göstərirdi. Müxtəlif ölkələrdə inqilabların və çevrilişlərin dəstəklənməsi beynəlxalq hüququn fundamental prinsiplərindən biri olan “daxili işlərə qarışmamaq” prinsipinin pozulması deməkdir. USAID-in fəaliyyətində bu hallar kifayət qədər müşahidə olunur. Bütün bu səbəblər nəzərə alındıqda, USAID-in ləğvi ABŞ-nin beynəlxalq arenadakı statusunun möhkəmlənməsinə, ölkə daxilində isə şəffaflığın və maliyyə resurslarının daha səmərəli xərclənməsinə xidmət edən bir addım kimi qiymətləndirilə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyun 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri