Uşakov: Rusiya və ABŞ Ər Riyadda Ukrayna ilə bağlı fundamental yanaşmalarını açıqladılar
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Federasiyası və ABŞ nümayəndələri Ər-Riyadda keçirilən görüşdə Ukrayna ilə bağlı fundamental yanaşmalarını açıqlayıblar. Bunu danışıqların yekunları ilə bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. Məlumatı “Kommersant” verib.
“Bəli, biz fundamental yanaşmalarımızı müzakirə etdik və müəyyən etdik”, - deyə Uşakov jurnalistin danışıqlar zamanı Ukrayna mövzusunun qaldırılıb-qaldırılmaması ilə bağlı sualını cavablandırıb.
Uşakov ABŞ tərəfi ilə təmaslardan sonra bildirib ki, Rusiya və ABŞ ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər. Həm Moskva, həm də Vaşinqton bunda maraqlıdır, deyə o, əmin edib.
Çərşənbə axşamı, fevralın 18-də Rusiya və ABŞ Səudiyyə Ərəbistanının paytaxtında rəsmi danışıqlar aparıb. Rusiya tərəfini Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ komandasına dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik müşaviri Mayk Uolz və xüsusi elçi Stiv Vitkoff daxil idi.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 18 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















