Uşaq Avroviziyasında qonşu ölkə QALİB GƏLDİ
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Uşaq Avroviziya Mahnı Müsabiqəsi 2024 (“Junior Eurovision 2024”) yarışının qalibi məlum olub.
Modern.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə keçirilən müsabiqədə Gürcüstan təmsilçisi qalib gəlib.
Andria Putkaradze Gürcüstanın “Junior Eurovision” müsabiqəsində qalib gələn dördüncü nümayəndəsi olub. Bu nəticə ilə Gürcüstan müsabiqə rekordçusu adını qazanıb.
Gürcüstan İtaliya, Estoniya, Albaniya, Ermənistan, Kipr, İspaniya, Hollandiya, San Marino, Ukrayna, Portuqaliya, İslandiya və Maltadan 12 xal alıb.
Andria Putkaradze “My May” mahnısı ilə çıxış edib.
“Junior Eurovision 2024”də 17 ölkə iştirak edib.
Fürcüstan 2007-ci ildən “Junior Eurovision"da iştirak edir. Gürcüstandan olan iştirakçılar dörd dəfə (2008, 2011, 2016 və 2024-cü illərdə) bu uşaq mahnı müsabiqəsinin qalibi olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 Noyabr 2024 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















