Uşaq bağçasında təcavüz qalmaqalı: Daha 800 körpə test ediləcək
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Avstraliyada uşaq bağçalarında körpələrə qarşı seksual cinayətlər törətməkdə ittiham olunan 26 yaşlı Joshua Dale Brovn barədə araşdırmalar genişlənib.
Sherg.az xəbər verir ki, Brovnın işlədiyi dörd yeni uşaq baxçasında daha 800 uşağın yoluxucu xəstəliklərə görə testdən keçirilməsi tövsiyə olunub. Bu, daha əvvəl testdən keçirilən 1.200 uşağa əlavə olaraq həyata keçirilir.
Brovin 2022–2023-cü illər arasında 5 aylıqdan 2 yaşa qədər olan 8 uşağı istismar etdiyi bildirilir. O, may ayında həbs olunub, 70 cinayət maddəsi üzrə ittiham olunur.
Rəsmilər Brovnın cinsi yolla keçən infeksiyalar daşıyıb-daşımadığını açıqlamayıb. Lakin cinayətlərin xarakteri, bəzi uşaqların yoluxucu xəstəliklər üçün mütləq yoxlanmasını zəruri edib.
Brovnın işlədiyi G8 Education şirkəti təhlükəsizlik kameralarının artırılacağını və məhkəmə prosesi başa çatdıqdan sonra müstəqil araşdırma aparılacağını bəyan edib.
Brovın sentyabrda Melburn Sülh Cinayət Məhkəməsinə çıxarılması gözlənilir.
Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 15 İyul 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















