Icma.az
close
up
RU
Uşaq bağçasının müdiri işdən AZAD EDİLDİ Nöqsanlara görə

Uşaq bağçasının müdiri işdən AZAD EDİLDİ Nöqsanlara görə

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Agentlikdən Avtosfer.az-a bildirilib ki, aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar aşkar edilib. Aşkar edilən nöqsanlar nəticəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 61 nömrəli uşaq bağçasının müdiri işdən azad edilib.

Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

seeBaxış sayı:100
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri