“Uşaq bıçaqlanan zaman digər qardaşı da yanında olub”
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“2019-cu il təvəllüdlü uşağı evlərinin yanında oynadığı yerdə bıçaqlayıblar”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Manset.az-a bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Avşar kənd məktəbinin direktoru Elşən Quliyev deyib.
O bildirib ki, məktəbli hazırda xəstəxanadadır: “Vallah, bütün rayon məəttəl qalıb. 6 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Axşam saatlarında 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında oynadığı yerdə bıçaqlayıblar. Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq-mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan zaman digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim, ağır əməliyyat keçirib. Hazırda xəstəxanada reanimasiyadadır”.
Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 Fevral 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















